Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verildi - Video

Cənubu Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” Elektrik Stansiyasının ərazisində Kiçik Su Elektrik Stansiyası tikilib...

Bu barədə Oxu.Az-a “Azərenerji” ASC-dən məlumat verilib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sentyabr ayında Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında daha bir irəliləyiş edib.

Belə ki, indiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən Kiçik Su Elektrik Stansiyasına daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır.

Kiçik Su Elektrik Stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb və montaj prosesində yerli mütəxəsislərlə yanaşı xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb.

300 kilovatlıq Kiçik Su Elektrik Stansiyası vasitəsi ilə il ərzində 2,5 milyon kilovat saata yaxın elektrik enerjisi alınacaq ki, bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə, bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

Qeyd dək ki, “Azərenerji” ASC “Şimal” Elektrik Stansiyasında olduğu kimi digər elektrik stansiyalarında da analoji olaraq qayıdan sudan faydalanıb əlavə enerji istehsal etmək niyyətindədir. Artıq “Cənub” Elektrik Stansiyasının daxilində də belə bir Kiçik Su Elektrik Stansiyasının tikilməsi planlaşdırılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar