Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov mükafatlandırıldı

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun bu gün mükafatlandırma mərasimi keçirilib

Tədbir "Fairmont otel"də keçirilib.   Mükafatı "Qarabağ"ın çalışdırıcısına Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.  

Q. Qurbanov mükafatlandırma mərasimindən sonra açıqlama verib: "Həmişə bir şeyə söz vermişəm ki, məsuliyyətlə çalışacağam. Həm "Qarabağ"ın uğurları, həm Azərbaycan futbolunun qazanması üçün çalışacam. Amma hər şey bizdən asılı deyil. Bizdən asılı olmayan səbəblər də var. Fərqi yoxdur, "Qarabağ" Al-in qrup mərhələsində oldu, ya olmadı, həmişə istəmişəm ki, qrup mərhələsində hər il ən azı Azərbaycanın 1 klubu təmsil olunsun. Bunun hər  mövsüm "Qarabağ" olması isə ayrıca qürurdur. Bəzən oyunlarda bayraq çıxarırlar, əski çıxarırlar, bunların hamısı Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha sübut edir. Hər bir halda inanıram ki, "Qarabağ" qrupdan çıxa bilməsə də, nə vaxtsa hansısa klub bu ilkə imza atacaq. Biz bu istəkləri düzgün yerinə yetirsək, inanıram ki, hər şey yaxşı olacaq. Bu ada layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm. Sizin verdiyiniz bu dəyər mənimçün önəmlidir. Siz daim futbol azarkeşlərinə bizim işimizi daha ətraflı çatdırırsınız. Bu, heç də asan deyil. Yüz ölçüb, bir biçirsiniz ki, doğru yazasınız. Hər birinizə uğurlar arzulayıram".

Qeyd edək ki,  67 jurnalistin  iştirakı ilə keçirilən səsvermədə Ağdam təmsilçisinin baş məşqçisi 58 səslə qalib gəlib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Ən çox oxunanalar