Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlib mübahisəsi: Strateji Türkiyə - Rusiya münasibətləri real sınaqdan keçir

Qalip Dalay

“Middle East Eye”, 11.02. 2020...

Bir həftə ərzində Rusiyanın dəstəklədiyi Suriya rejim qüvvələri İdlib əyalətində iki ölümcül hücumla 13 türk əsgərini öldürüb.

Bu hücumlar rejimin əsas beynəlxalq dəstəkçisi Moskvanın razılığı olmadan reallaşa bilməzdi. Türkiyənin çətinliyi məhz buradan başlayır.

Hər iki hücum Türkiyə ilə Rusiyanın son illərdə sürətlə inkişaf edən münasibətlərinin ziddiyyətlərini, hədlərini və xarakterini ön plana çıxarıb. Bəzi Türkiyə rəsmiləri əlaqələrə dair “strateji” kəlməsini istifadə etsə də, Moskva-Ankara münasibətlərinin xarakterini təsvirində bu söz yerinədüşən deyil.

Mövcud Rusiya-Türkiyə münasibətləri siyasi realizm, praqmatizm və Qərbdən ortaq narazılığın məhsuludur. Türkiyədən fərqli olaraq, Rusiya əlaqələrin həm xarakterini, həm də keyfiyyətini daha aydın müəyyənləşdirib. Yəni Ankara bu münasibətləri çox səhv dəyərləndirib.

Real boşluq

Rusiyanın rəhbərliyi ilə Astana və Soçi prosesləri təkcə Suriya ilə deyil, üç güc – Rusiya, Türkiyə və İran, xüsusən də Moskva və Ankara arasındakı münasibətlərin Suriya kontekstində islah edilməsini nəzərdə tutub.

Amma Rusiya ilə Türkiyə arasında Suriyada strateji ziddiyyətlər və geosiyasi fikir ayrılıqları Astana prosesində də əvvəlki kimi qalıb.

Bundan əlavə, son zamanlarda Türkiyənin İdliblə əlaqəli narahatlıqları və istəkləri baxımından Rusiyanın cavab vermə xüsusiyyətinə nəzər saldıqda, Türkiyə rəsmilərinin tez-tez vurğuladığı kimi, bu münasibətlərin simmetriya üzərində qurulmadığı aydın olur.

Əksinə, onlar asimmetrik və Moskvanın lehinədir. Rusiyanın Türkiyəni Astana prosesinə qismən yerləşdirməsi də nəticəsini verib. İndi hər iki tərəf işğalçılıq müharibəsi ilə, İdlibdə bir-birinin hədlərini sınayır.

Əlbəttə, Türkiyənin Rusiyaya və Suriyadakı rejimə cavab vermə variantları var. Ancaq bu variantların heç biri yaxşı deyil. Bu dəhşətli mənzərəyə baxmayaraq, Türkiyə-Rusiya əlaqələrinin sağ qalması ehtimalı böyükdür.

Eyni şəkildə, əlaqələr İdlibə görə qoparsa, hər iki tərəf də əhəmiyyətli itkilərə uğramış olur.

Bu epizod nəinki Türkiyə-Rusiya münasibətlərində gerçək boşluğu aşkar edəcək, eyni zamanda, həm də münasibətlərə formalaşdırıcı və ya keyfiyyət təsiri göstərəcək.

Hazırkı mərhələdə sual budur: Türkiyənin hədəfləri, həm Rusiyaya, həm də rejimə qarşı seçimləri nədir?

Əsl məqsədlər

İdlibdə və başqa yerlərdə əhəmiyyətli hərbi mövcudluğunu qoruyaraq, Türkiyə müəyyən siyasi məqsədlərə çatmağı hədəfləyir.

Birincisi, Türkiyənin ən yaxın məqsədi qaçqın axınının sərhədi keçməsinin qarşısını almaqdır. BMT rəsmilərinin (1 dekabr 2019-cu il) bildirdiyinə görə, münaqişə başlayandan 700 minə yaxın insan Türkiyə sərhədinə üz tutub.

Rejim hərbi hücumu davam edərsə, xüsusən nəzərə alsaq ki, bəzi yerlərdə onun qüvvələri İdlib şəhərindən cəmi 10 km məsafədədir, bu say tezliklə milyona çatacaq.

Ankara artıq qaçqınlarla bağlı çətin problemlər yaşayır və qaçqınları sərhədin Suriya tərəfində saxlamağa qərarlıdır.

Ancaq insanları sərhədin Suriya tərəfində saxlamaq davamlı siyasət deyil. Türkiyə öz sərhədlərində qaçqınlara asanlıqla qarışa biləcək radikal ünsürlərin mövcudluğundan da narahatdır.

İkincisi, Türkiyə Suriyadakı hərbi iştirakını ümumən Suriyadakı siyasi proseslərlə əlaqələndirmək istəyir ki, rejimdən güzəştlər əldə etsin. Bu baxımdan, rejim İdlibdə hərbi yolla irəliləməyə davam edərsə, Türkiyənin təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq.

Üçüncüsü, bənzər şəkildə, Türkiyə Suriya kürdləri üçün siyasi qazancları minimuma endirmək istəyir. O, siyasi prosesdə Suriyadakı hərbi çəkisindən yararlanacaq. “Suriya Demokratik Qüvvələri” isə əsasən Türkiyənin “terror qruplaşması” hesab etdiyi YPG döyüşçülərindən ibarətdir.

Mümkün ssenarilər

Bu hədəflərə çatmaq üçün Türkiyə xüsusən də ruslarla dəfələrlə apardıqları danışıqlardan sonra nəticə əldə etmədiyini hiss edir. Türkiyə İdlibdə hərbi gücünü artırır. Ankara yüzlərlə əsgər, komandos və hərbi texnikanı İdlibə göndərib.

Türkiyə Suriya müxalifətinin möhkəmlənməsinə də kömək edir. Lakin Suriyanın şimal-qərbindəki hava məkanı Rusiya tərəfindən idarə olunduğuna görə Türkiyənin hərbi fəaliyyəti əhəmiyyətli zəifliklə üzləşəcək.

Bu fonu nəzərə alsaq, Türkiyənin hansı variantları var?

Birincisi, əgər rejim və Rusiya hazırkı hərbi irəliləyişləri davam etdirərsə, bu, Türkiyə ilə Suriya rejimi və Rusiya arasında daha da kəskinləşmə deməkdir. Bu ssenaridə Türkiyə, ehtimal ki, Moskva və Dəməşqlə eskalasiyanın coğrafi sahəsini genişləndirmək siyasətini yürüdəcək.

Rusiyanın Fəratın şərqindəki mövqeyi hələ də həssasdır. Üstəlik, ABŞ-ın bu ərazidə olması Türkiyə üçün təkan ola bilər. Nəhayət, Hələb Türkiyə və müxalifətin əks-hücum strategiyası üçün həssas hədəfə çevriləcək. Moskva və Dəməşq üçün eskalasiyanın dəyərini artırmaqla, Türkiyə Rusiyanı yeni bir razılaşmaya məcbur etmək istəyəcək.

İkincisi, bənzər şəkildə, İdlibdə hərbi gücü ağırlaşdırmaqla, hazırda davam etdiyi kimi, o, Suriya rejimi və Rusiya ilə təmas tarazlığını bərpa etmək istəyir.

Həqiqətən, Türkiyə asan qələbəni Rusiyaya və rejimə verməyəcəyi mesajı göndərir. Ankara hərbi həllin onlar üçün fəlakətli şəkildə baha başa gələcəyinə işarə edir.

İdlibin süqutu

Üçüncüsü, əvvəlki iki varianta əsaslanaraq, Türkiyə hələ də Rusiya ilə yeni sövdələşmə və ya tampon zonası yaratmaqla, rejimin təhqirlərindən qaçan insanlar üçün yeni demarkasiya xətləri yaratmaq variantlarını araşdırır – İdlibdə ən çox ehtimal olunan ssenari.

Bu ssenari reallaşarsa, Türkiyə bundan sonra Avropanı belə bir zonanın yaradılmasına maddi cəhətdən cəlb etməyə çalışacaq. Bununla birlikdə, tampon zonanın yaradılması ilə bağlı hər hansı bir yeni razılaşma ilə qarşılaşacaq ən böyük problemlərdən biri bu sazişin bir hissəsi olaraq uçuş zonası tənzimləməsi məsələsi olacaq.

Lakin bunun müqabilində başqa bir sual yaranacaq: İdlibin çox hissəsini idarə edən “Heyət Təhrir əl-Şam” (HTS) bufer zonada nə dərəcədə azad ola biləcək və bununla da rusların bəhanə gətirməsinə səbəb olmayacaq?

İdlib mübahisəs Türkiyə-Rusiya münasibətlərinin real çeki rolunu oynayır. Üstəlik, Türkiyənin İdlibdə yaxşı variantları yoxdur. Bütün ssenariləri davamlı həll yolu deyil, böhran idarəetmə cavabları kimi görmək olar. Bunun qarşılığı Ankaradan Suriya siyasətini yenidən qiymətləndirmə və islahatetmə tələb edir.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar