Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Statistika Komitəsi işsizləri necə müəyyən edir?.. 

İşsizliklə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlər arasında niyə fərq var?..

İqtisadçı: “Ölkədəki işsizlərin çox cüzi hissəsi məşğulluq xidmətində qeydiyyata düşür və bütün bu faktorlar işsiz əhalinin real sayını azaltmış olur”.

Dövlət Statistika Komitəsi işsizlərin sayını sorğu əsasında hazırlayır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə işsiz kimi rəsmi qeydiyyata alınmış əhalinin sayını açıqlayır. Fikrimcə hər iki dövlət qurumunun açıqladığı rəqəmlər həqiqəti əks etdirmir”.

Bu sözləri iqtisadçı Vüsalə Əhmədova 2019-cu il ərzində Azərbaycanda işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınan şəxslərin sayının 4 dəfədən çox artma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu ildə Azərbaycan 81 min 300 nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin açıqladığı statistik göstəricilərdə bildirir ki, bu ilin əvvəlinə olan məlumata görə, son bir ildə işsiz kimi qeydiyyata alınan vətəndaşların sayı ən çox Azərbaycanda artıb. 2019-cu il ərzində Azərbaycanda işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınan şəxslərin sayı 4 dəfədən çox artıb.

Maraqlıdır ki, rəsmi işsizlər statistikasında işsizlərin artım faizinə görə Azərbaycan MDB ölkələri arasımda liderdir. Azərbaycanda işsizlik doğrudan bu səviyyədə artır, yoxsa özünün sosial vəziyyətini rəsmiləşdirənlərin sayı artıb? Digər tərəfdən, işsizliklə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlər arasında niyə fərq var?..

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “İş olarsa işləməyə hazır olan, mövsümlük işlərdə işlədiyi üçün iş axtarmayan, ancaq daimi iş olarsa işləməyə hazır olan, evdar qadınlar, və s. katoqoriyalara aid olan, iş olarsa işləməyə hazır olan minlərlə insan işsizlər kateqoriyasına daxil edilmir”.

Dövlət Statistika Komitəsinin hər rayon və ya hər şəhərdəki əhalinin cəmi 1%-ni sorğuya cəlb etdiyini vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, sorğu zamanı respondentlərdən son bir ayda iş axtarıb axtarmadıqları soruşulur, şəxs son bir ayda iş axtarmamışsa, işsiz kateqoriyasına daxil edilmir:

Dövlət Statistika Komitəsi ötən ilin müvafiq dövrü ilə müqaisədə iqtisadi fəal əhali sayının 1,11%, məşğul əhali sayının isə 1,21% artdığını açıqlanıb. Bu ilin ilkin məlumatlarına əsasən iqtisadi fəal əhali sayının 5.190,2 min nəfər olduğu, onlardan 4.938,5 min nəfərin məşğul əhali olduğu bildirilir. 2020-ci ilin yanvar ayının 1-nə olan məlumatlara əsasən məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsizlərin sayı isə 81,3 min nəfər təşkil edib. Göründüyü kimi, hər iki dövlət qurumunun açıqladığı rəqəmlər arasında fərqlər mövcuddur. Məlumdur ki, Dövlət Statistika Komitəsi işsizlərin sayını sorğu əsasında hazırlayır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə işsiz kimi rəsmi qeydiyyata alınmış əhali sayını açıqlayır. Fikrimcə hər iki dövlət qurumunun açıqladığı rəqəmlər həqiqəti əks etdirmir.

İlk öncə onu bildirim ki, Dövlət Statistika Komitəsi hər rayon və ya hər şəhərdəki əhalinin cəmi 1%-ni sorğuya cəlb edir. Sorğu zamanı respondentlərdən son bir ayda iş axtarıb axtarmadıqları soruşulur, şəxs son bir ayda iş axtarmayıbsa, işsiz kateqoriyasına daxil edilmir. Bundan əlavə, respondentin adına torpaq sahəsi varsa, o işsiz sayılmır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq mülkiyyətində torpaq payı olanlar işsiz sayılmamaqdadır. O cümlədən, ölkədəki işsizlərin çox cüzi hissəsi məşğulluq xidmətində qeydiyyata düşür və bütün bu faktorlar işsiz əhalinin real sayını azaltmış olur.

Vüsalə Əhmədova: “İnkişaf etmiş ölkələrdə bir şəxsin işsiz sayılması üçün son üç ayda məşğulluq xidmətinə müraciət etmiş olması tələb olunduğu halda, bizdə bu müddət 1 ay olaraq müəyyən edilib”.

İşsizlik faizi hesablanarkən Beynəlxalq Əmək Təşklatının (International Labour Organization) standart hesablama metodlarından istifadə olunmasının daha məqsədə uyğun olacağını düşünürəm. BƏT-na görə 15 yaşdan yuxarı olan, tam iş günü əsasında hər hansı bir işdə işləməyən və son üç ayda iş axtarmış olan əhali kəsimi işsiz sayılır. İnkişaf etmiş ölkələrdə bir şəxsin işsiz sayılması üçün son üç ayda məşğulluq xidmətinə müraciət etmiş olması tələb olunduğu halda, bizdə bu müddət 1 ay olaraq müəyyən edilib. İnkişaf etmiş ölkələrdə iş tapacaqlarına ümidləri yüksək olan insanlar müraciətlərini mütəmadi yenilədikləri halda belə həmin ölkələrdə müddət 3 ay olaraq müəyyən edilib.

Ölkəmizdə iş tapacaqlarına ümidi olmayan insanlardan hər ay iş üçün müraciətlərini yeniləmələrini gözləmək sadəlöhvlük olardı. İş tapacağına ümidi olmadığı üçün iş axtarmağı dayandıran, ancaq iş olarsa işləməyə hazır olan, mövsümlük işlərdə işlədiyi üçün iş axtarmayan, ancaq daimi iş olarsa işləməyə hazır olan, evdar qadınlar, təqaüdçülər, işləməyə hazır olan tələbələr və ya əlillər, yaşlı və ya xəstə olduğu üçün iş axtarmayan, ancaq iş olarsa işləməyə hazır olan və s. səbəblərdən iş axtarmayan, ancaq iş olarsa işləməyə hazır olan minlərlə insan işsizlər kateqoriyasına daxil edilmir. Sistemin ən önəmli çatışmazlığı da məhz budur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar