Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sakinlər Yasamal RİH-nin dezinfeksiya işləri aparmadığını iddia edir – Rəsmi açıqlama

Yasamal Rayon İcra Hakimiyyəti “Facebook” səhifəsində rayon ərazisində dezinfeksiya işləri apardığını bəyan etsə də, sakinlər vəziyyətin belə olmadığını bildirmiş və öz ünvanlarında bu mənzərəni əks etdirən fotoları şərhlərə əlavə etmişdilər...

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, sözügedən sakinlərin şikayətləri araşdırılıb və həll edilib:
“Sözügedən postun altına vətəndaşların yazdıqları şərhlərdən xəbərdarıq. Araşdırmışıq və həmin ərazilərdə dezinfeksiya işləri aparmışıq. Dezinfeksiya işləri mütəmadi aparılır. Son iki gün ərzində dezinfeksiya tədbirləri daha da gücləndirilib və demək olar ki, rayon ərazisini bütövlükdə əhatə edib. Vətəndaşlar da şifahi və yazılı bizə müraciət edirlər, əgər dezinfeksiya işləri harada aparılmayıbsa dərhal araşdırıb tədbir görürük”.

Qurumdan bildirilib ki, dezinfeksiya işləri aparmağa imkanı çatmayan MTK-larda da bu işi icra hakimiyyəti görür:
“MTK-ların da bir qismi öz təşəbbüsü ilə bu dezinfeksiya işlərini aparıblar. Buna imkanı çatmayan MTK-larda isə belə tədbirlər rayon icra hakimiyyəti tərəfindən həyata keçirilib”.
Yasamal Rayon İcra Hakimiyyətinin martın 18-də paylaşdığı sözügedən post və şərhlərlə buradan tanış ola bilərsiniz.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar