Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Başa düşə bilmirəm, biz nə vaxt özümüzə oxşayacağıq?!"

İran İslam dövlətidir, niyə fars adlarıdan imtina edib islam adları götürmür?..

“Biz elə xalqıq ki… Millət demirəm, millət olsaq, millətimizin adı olar, bir xalqa ki türk, azərbaycanlı, azəri, moğol, tatar deyələr, demək millət deyilik. Amma bir xalq kimi də özümüzdən başqa hamıya oxşayırıq. Uşağımıza, yaxud hüquqi şirkət yaradıb ona ad qoyaq, fərq eləməz, heç birində özümüzə oxşamırıq. Qloballaşma ilə bağlı məqaləmdə öz övladlarımıza qoyduğumuz ad məsələsinə, ayların adlarının milliləşməsinə toxunmuşdum. İran İslam dövlətidir, niyə fars adlarıdan imtina edib islam adları götürmür? Türkiyə, Çin, Yaponiya da eləcə”.

Bunu deputat Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, dədə-babadan ayların adı əkin, biçin, çillə və s. olub: “İndi məni öldürürlər, söyürlər ki, Tahir Kərimli gündəmi dəyişir və sair. Ay balam, mən başa düşə bilmirəm, biz nə vaxt özümüzə oxşayacağıq?! Nə qədər ki canımda qüvvə var, çalışacağam ki, xalqım özünə oxşasın, başqasına yox. Bu mübarizəmdən geri duran deyiləm. Öz dövlət dilini bilməyən hansı şəxs, qurum hansı milli problemi həll edə bilər? Qarabağ problemini həll edə bilərmi? Rus və ingilis dilini bilən ziyalılarımız var, onlara can qurban. Amma dövlət dili də var axı. Qanunlarımıza riayət edək, özümüzə oxşayaq”.(teleqraf.com)

pia.az


Etiket: Tahir Kərimli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar