Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq” ASC sədri Vilyam Hacıyevə rüşvət verən işçisini cəzalandıracaq? 

İmişli sakinləri sual edir...

Aran RETSİ-nin rəisi Canəhməd Əhmədovun qanunsuz hərəkətlərinə niyə göz yumulur?

Məlum olduğu kimi, 05.05.2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti İmişli rayon İcra Hakimiyyətində korrupsiya və rüşvət əməllərinə yol verən, dövlət əmlakını mənimsəyən şəxslərə, eləcə də dövlət əmlakını ata malı kimi talayan şəxslərə qarşı əməliyyat tədbiri keçirməklə onları cinayət məsuliyyətinə cəlb etmişdir. Belə ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin barəsində həbs qətiimkan tədbiri seçilmiş, digər 8 vəzifəli şəxs barəsində isə polis nəzarəti altına verilmə qərarı qəbul edilmişdir.

Yayılan rəsmi məlumatlarda bildirilirdi ki, digər dövlət məmurlarından Maliyyə Nazirliyinin İmişli rayon şöbəsinin müdiri Rəhim Rəhimov, sabiq xəstəxana müdiri Cəsur Paşayev, “Azərişıq” ASC-nin Aran RETSİ-nin rəisi Canəhməd Əhmədov və başqalarının barəsində də rüşvət vermə və dövlət əmlakını mənimsəmə faktları ilə bağlı araşdırmalar davam etdirilməkdədir.

Əməliyat- istintaq tədbirləri zamanı məlum olub ki, Canəhməd Əhmədov dövlət qayğısına ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan dövlət hesabına tikilmiş bir neçə evi İmişli rayonunda hər birini 10000 manata rüşvət müqabilində əldə etmişdir. Ölkə qanunverciliyində rüşvət verilməsi cinayətdir.

Maraqlıdır ki, “Azərişıq” ASC-nin rəhbərliyi rəsmi qaydada barəsində də rüşvət vermə və dövlət əmlakını mənimsəmə faktları ilə bağlı araşdırmalar aparılan Canəhməd Əhmədovu hələ də vəzifədə saxlamaqdadır. İmişlidən aldığımız məlumata əsasən əhali Canəhməd Əhmədovun fəaliyyətindən ciddi narazıdırlar. Xüsusən karantin dönəmində regional idarə rəisinin abonentlərə qarşı sərt qərarlar verməsi sakinlərdə qəzəb yaradıb. Bizə müraciət edən şikayətçilər bildirdilər ki, onlar “Azərişıq” ASC-nin rəhbərliyinin Canəhməd Əhmədovu hələ də vəzifədə saxlanılmasını anlaya bilmirlər. Onlar korrupsioner məmurun vəzifədən alınmasını tələb edirlər.(azfakt.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar