Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Arxasında Əsma Əsəd var, diktatorun birinci xanımı...” - Suriyada yeraltı savaş...

Suriya xalqı səfalət içində ölərkən, uşaqlar sığınacaq üçün getdikləri Aralıq dənizində can verərkən, Suriyanın hakim ailəsi hakimiyyət və maliyyə uğrunda mübarizə aparır...

Fatih Çekirge

“Hürriyet” qəzeti, Türkiyə, 29 iyun 2020-ci il

Suriyadakı müharibənin ən qanlı günlərində yeni bir hakimiyyət uğrunda mübarizə üzə çıxıb. Böyük inşaat işləri, neft və Suriya mobil telefon şəbəkəsinə nəzarəti ələ k2çirmək uğuruna aparılan savaş Əsma Əsədlə iş adamı və Əsədin qohumu olan Rami Mahlufu üz-üzə qoyub. Üstəlik, bu vəziyyət ölkədə vətəndaş müharibəsi davam edərkən minlərlə suriyalının qətlə yetirildiyi və milyonlarla qadının, uşağın köçkün və didərgin yaşadığı bu qanlı günlərdə ortaya çıxıb.

Dəməşqdən bəzi videogörüntülər sızdırılıb. Bu videolarda Suriyanın ən varlı iş adamı və Bəşər Əsədin dostu, ortağı və yaxın qohumu Rami Mahlufun övladları dəbdəbəli həyat yaşadığı görülür.

Videolar bir-birinin ardınca yayımlandıqca səfalət içində yaşayan Suriya xalqı daha çox üsyan edir. Bəs bu videolar haradan gəlib?

Mahluf ailəsinin kəşfiyyat xidmətinin öz şeflərinə təqdim etdiyi mılumat belədir: “Arxasında Əsma Əsəd var. Diktatorun birinci xanımı...”

Müharibənin ən qanlı günlərində baş verən “səltənət mübarizəsi”nin ilk üzə çıxan nümunəsi bu idi.

Hafiz Əsəd və Mahluf

Əslində, bu mübarizənin kökü Hafiz Əsəd dövrünə gedib çıxır. Hafiz özünə bağlı olan bir biznes şəbəkəsi yaratmaq üçün həyat yoldaşının qardaşı Məhəmməd Mahluf ilə ortaqlıq qurub. Beləliklə, Mahluf ailəsinin yolu açılıb. Mahluf əvvəlcə tütün işinə, sonra da əmlak işlərinə nızarət edib və monopoliyaya sahib olub. Hələ Hafiz Əsədin zamanında Mahluf ailəsi hər işdən 10%, neft ixracatının isə 7% komissiya alırdı.

Əsrarəngiz yol qəzası

İllər keçdikdən sonra Hafizdən sonrakı dövrün hesablamaları aparılıb. Vəliəhd də böyük oğlu Bazil Əsəd idi. Bazil Mahlufun oğlu Ramidən xoşu gəlmirdi. Rami isə Bəşər Əsədlə yaxın idi. Lakin Suriya və Baas rejimi Bazilin prezident olmasını gözləyərkən Bazil müəmmalı bir yol qəzasında həyatını itirdi. Beləcə, hakimiyyətə gedən yolda Bəşər Əsədin qapısı açıldı. Rami Mahluf üçün də Suriya iqtisadiyyatı üzərində tam monopoliyanln qapısı açılmış oldu.

Hələ Suriyada vətəndaş müharibəsi başlamamışdan əvvəl Bəşər istədiyi zaman Rami onun iqtisadiyyatdakı gücünü və maliyyə bazarındakı hakimiyyətini artırırdı. İqtisadiyyatda tam nəzarəti ələ almaq üçün Rami 70 böyük iş adamını bir yerə toplayaraq “Cham Holding”i qurub və bu monopolist quruma rəhbərlik etməyə başlayıb. Beləliklə, bütün Suriya iqtisadiyyat bu iki qohumun, Bəşər-Rami ortaqlığının əlinə keçib.

Birinci xanımın mübarizəsi

Həmin günlərdə bir bank çalışanı keçmişi olan Bəşərin həyat yoldaşı Əsma da bir şirkət qurub: “Souria Holding”. Məqsədi böyük inşaat işlərini, neft ticarətini və Suriyanın mobil telefon şəbəkəsini ələ keçirmək olub. Əsma Rami ilə üz-üzə qalıb və qısa müddət sonra şiddətli şəkildə yeraltı hakimiyyət müharibəsinə başlayıb. Daha sonra Suriyada vıtındaş müharibəsi başlayıb və yerin üstündəki müharibədə Suriya xalqı səfalət içində ölərkən, uşaqlar sığınacaq üçün getdikləri Aralıq dənizində can verərkən, yeraltındakı bu “səltənət və maliyyə müharibəsi” daha da kəskinləşib.

Bəşərin dəstəyi ilə Rami Suriyanın mobil telefon şəbəkəsindəki Misir kapitalını da alaraq “Syriatel”i tam ələ keçirib. Əsma isə buna çox əsəbləşib, amma həyat yoldaşına çox dabhiss etdirmədən fürsət axtarmaqda davam edib. Keçən il birinci xanımla Rami arasında gedən yeraltı müharibədə dönüş nöqtəsi baş verib. Əsəd Rusiyadan alacağı S-300 raketləri üçün Ramidən pul istəyib. Ancaq Rami təəccüblü bir cavab verib: “Təkcə mən yox, bütün iş adamları yüklənsin”.

Öz xalqını qətl edən Əsəd kimi bir diktatora belə bir cavab verildiyi üçün “qılınclar çəkilib” və Əsəd yaxın dostiubRaminin üstünə getməyə başlayıb.

Bu vəziyyətdə Əsma Əsədin gözlədiyi fürsət nəhayət gəlib çatmışdı. Dərhal Rami Mahlufun banklardakı hesabları dondurulur. Əsma Əsad ətrafına topladığı iş adamları ilə Ramiyə doğru hücuma keçir. Rami də öz növbəsində boş dayanmayıb. Həmin günlərdə Əsma Əsədin Livandakı çox yaxın bir qohumu qaçırılıb. Bu da, Mahluf ailəsinin Əsəd və xanımına, “bəsdir, artıq üzərimə gəlməyin”, mesajı kimi qəbul edilib.

Bu günki vəziyyət

Suriyadakı bu hakimiyyət uğrunda aparılan mübarizənin sonunda Rusiya araya girib (əlbəttə ki, Rusiya banklarında kimin, nə qədər pulu olduğu məlum deyil).

Rami Mahlufun yaratdığı boşluq, görəsən, necə doldurulacaq?

Hazırda Mahluf ailəsinin əlindən alınan iqtisadi sahələrin Əsma Əsədin nızarətinə keçməsi təbii görünür. Hərçənd ki, filmin sonu hələ gəlməyib. Çünki anası vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqədə olan Rami Mahluf hələ də ortadadır və təsadüfən Birləşmiş Ərəb Əmirlikləri də illər sonra Dəməşqdəki səfirliyini yenidən bərpa edib. BƏƏ Dəməşqə hər cür yardım göstərməyə hazır olduğunu da bəyan edib.

Beləliklə, Rami Mahluf Əsma Əsədin qarşısına bu dəfə başqa bir qapıdan peyda olub. Əsədin bu qapını bağlamaq istəməsi isə heç də asan və inandırıcı görünmür.

Bütün bu mənzərə milyonlarla insanın qətlə yetirildiyi, vətənindən didərgin düşdüyü Suriyadakı diktaturanın yeraltı müharibəsidir. Bunları oxuyanda bir daha başa düşürük ki, demokratiya olmayan torpaqların altında da, üstündə də hər cür iyrənc müharibə və hakimiyyət uğrunda mübarizə aparılır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar