Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR: Dənizdə işləyənlər test nəticələri mənfi çıxandan sonra işə göndərilir

“Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb”...

“Sərt karantin dövründə işçilərin koronavirusa (COVID-19) yoluxma və başqalarını yoluxdurma riskini minimuma endirmək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) siyasəti işçilər arasında koronavirus testlərinin intensiv keçirilməsi, mütəmadi dezinfeksiya, sosial məsafənin qorunması, habelə mümkün olduğu hallarda işçilərin distant şəkildə (evdən) işləməsi və digər tədbirləri əhatə edir”.

Bunu “Report”un sorğusuna cavab olaraq SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov şirkətin sərt karantin dövründə necə işləməsi ilə bildirib.

Onun sözlərinə görə, neft sənayesi ölkəmiz üçün həyati əhəmiyyətli iqtisadi sahələrdən olduğuna görə, neftçilər bu gün də iş başındadırlar: “Şirkətin idarəetmə aparatında, idarələrdə, dəniz obyektlərində koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı mütəmadi tədbirlər görülür. İnzibati binalarda bio-dezinfeksiya keçidləri quraşdırılıb, quru və dənizdəki istehsalat obyektlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, işçilər xüsusi yoxlamadan keçirilir. Vətəndaşların fiziki qəbulları təxirə salınıb, müraciətlər yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir”.

SOCAR rəsmisi bildirib ki, dəniz özüllərində xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb: “Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb”.

İ.Əhmədov qeyd edib ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah həftənin 7 günü, sutkanın 24 saatı öz fəaliyyətini davam etdirir:

“Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə rəqəmsal vasitələrlə bağlantı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır. Dəniz obyektlərində çalışan işçilər xüsusi ayrılmış karantin zonalarına yerləşdirilir, həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Rəhbər işçilər istisna olmaqla, bir çox işçilərə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda rəhbərlər ilə razılaşdırmaqla, iş yerinə gəlmədən evdən işləmə imkanları yaradılıb. Dənizə gedən işçilər xüsusi karantində saxlanılır və test nəticələri mənfi çıxandan sonra iş yerinə göndərilir. Ofislərə gələn işçilər arasında da mütəmadi olaraq testlər aparılır. Karantin dövründə işçilər qoruyucu və digər vasitələrlə təmin olunurlar”.

Qurum sözçüsü həmçinin bildirib ki, pandemiya dövründə işçilərin inkişafına distant şəkildə töhfə vermək məqsədilə müxtəlif mövzuları əhatə edən daxili vebinarlar keçirilir: “SOCAR-ın müəssisələri və struktur bölmələrinin kollektivi istehsalat fəaliyyəti ilə yanaşı, dövlətin koronavirusla bağlı tədbirlərində, əhaliyə ərzaq yardımı aksiyalarında, eyni zamanda həkimlərimizə dəstək məqsədilə həyata keçirilən sosial xarakterli çağırışlarda da aktiv iştirak ediblər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ən çox oxunanalar