Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gözləyək də 2 günüm qalıb" - Rasim Balayev

Xəbər verdiyimiz kimi Xalq artisti Rasim Balayev Türkiyə səfərindən sonra 14 günlük karantinə alınıb. Bu gün həm də böyük sənətkarın doğum günüdür.

PİA.az xəbər verir ki, Rasim Balayev bir həftə ərzində 2 dəfə koronavirusla bağlı testinin nəticəsi neqativ olsa da karantinə alındığını deyib. Doğum günü geniş şəkildə keçirə bilməyən aktyor peşə sarıdan son illərinin hədər getdiyinə də təəssüfləndiyini bildirib.

“Elə insan var ki, ümumiyyətlə testdən keçməyib, amma mən bir həftə ərzində 2 dəfə testdən keçdim. Təyyarəyə tibbi arayış olmadan minmək olmur deyə gedərkən testdən keçdim və nəticə neqativ oldu. Türkiyədə nəticələrimə baxandan sonra rahat hərəkət edə bilirsən, amma burda qayda var ki 14 gün cəmiyyətə çıxmamalısan, mən də çıxmayıb evdə otururam. Rahatlıq odur ki, bizdə həyət evidir, ara bir hava almaq üçün həyətə çıxıram. Gözləyək də 2 günüm qalıb, bazar ertəsi də bel ağrılarımla əlaqədar fizioterapevt qəbulunda olmalıyam. Doğum günümə gəlincə 60 illiyim, 70 illiyim geniş şəkildə keçirilib, bu il ailə üzvlərimizlə birgə keçirəcəyik. Bir çox dostlarım dünyasını dəyişib amma bir yerdə olduğum dostlarım vardı, şərait olsaydı toplaşardıq, bu il olmadı. Doğrusu təntəni çox da sevmirəm əsas can sağlığıdır, bir də arzu edərdim ki yaşlı vaxtımda yaxşı bir rol olsun və onu oynayım. Çox illər, xüsusən də son 5-10 ilim boşa getdi, yaxşı obrazlar yaratmaq olardı. 20 roldan 5-ni xalqa sevdirmək olardı. Sağlıq olsun”. (Unikal.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar