Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb-yəhudi “NATO”su yaratmağa çalışırlar... - Kaşner ərəbləri İsrailin vassalına çevirə biləcəkmi?

Sual olunur, danışıqlar prossesində Fələstinin maraqlarını bir çöp hesab edən İsrail onun şərtləri altında sülh əldə olunduqdan sonramı Fələstinin ana haqqlarını qoruyacaq?...

“Aydınlık” qəzeti
Türkiyə, 15 sentyabr 2020-ci il

Fələstin Azadlıq Təşkilatı İcra Şurasının Baş Katibi Saib Üreykat Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin İsrail ilə əldə etdiyi razılaşmanı şərh edərkən bildirib ki, bu razılaşma ABŞ tərəfindən onlara verilən qorunma vədi üzərində ortaya gəlib. Üreykatın qeyd edib ki, bölgədə ərəb-yəhudi “NATO”su qurmağa çalışırlar və Fələstin rəsmisi bu prossesi xüsusi olaraq vurğulayıb ki, bu çox təhlükəlidir. Fələstin rəsmisinin ərəb-yəhudi “NATO”su ilə bağlı ifadəsi isə olduqca diqqət çəkib.

CNN-nin ərəb kanalına danışan Üreykat ABŞ-ın təzyiqi altında əldə olunan
bu razılığın bölgədə sülhün əldə olunması qarşılığında bağlanmış bir müqavilə olmadığını söyləyib. ABŞ-ın müdafiəsi altına girmək müqabilində əldə olunan bu razılaşmanın qeyri-təbii olduğuna diqqət çəkən Fələstin rəsmisi bir çox ərəb dövlətlərinin ABŞ-ın strateji müttəfi olmasına diqqət çəkək qeyd edib ki, ABŞ öz geosiyasi maraqlarını qorumaq naminə müttəfiq ərəb ölkələrinin də müdafiəsini öz üzərinə götürməyə məhkumdur.

Üreykatın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın baş müşaviri Cared Kaşner ərəb dövlətlərinə birbaşa basqı edərək bildirib ki, ABŞ-ın müdafiəsini və dostluğunu istəyən hər kəs İsraillə dost olmalı və bu yükü daşımağa hazır olmalıdır. Həmçinin Kaşner bölgədə bir ərəb-yəhudi hərbi gücünün yaranması zərurətini qeyd edib ki, bu da Yaxın Şərqdə ABŞ-ın ərəb-yəhudi “NATO”su qurmağa çalışdığna dəlalət edib.

Bunun üzərinə Üreykat bildirib ki, ABŞ-ın irəli sürdüyü yeni konsepsiya artıq ərəb təhlükəsizlik sistemlərini özünü qorunmaq üçün İsrailə bağlı olmağı tələb edir. Yəni İsrailə etimad olmadan heç bir dövlətin təhlükəsizliyinə təminat verməyəcək.

Fələstin rəsmisi qeyd edib ki, İsrail tarixən həmişə ABŞ-la birlikdə olub və hər ikisi İsrailin bütün ərəblərdən daha güclü olmasını və bütün yaxın Şərqdə hegemoniya sahibi olnmasını istəyir. Üreykat bildirib ki, bir ərəb ölkəsi ilə ərəb olmayan ölkə arasında qarşıdurma yarandığı zaman İsrail həmişə ərəb olmayan ölkənin tərəfini tutur və bunun sonuncusu İran-İraq müharibəsi idi ki, İranla ciddi qarşıdurma içində olmalarına baxmayaraq, bu zaman da İsrail İraq əleyhinə mövqe nümayiş etdirmişdi.

“İsrailin ərəb milli müdafiə sisteminin bir hissəsi olması təsəvvür belə edilə bilməz”, deyən Üreykat qeyd edir ki, İsrailin vəzifəsi ərəb ölkələrindən daha çox texnoloji və strateji gücə sahib olmaqdır. Hazırda Kaşnerin irəli sürdüyü plan isə bütün ərəb dünyasının İsrailin birbaşa nəzarətinə verilməsinə hesablanır.

Buna baxmayaraq, Üreykat Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd ibn Salmanın mövqeyini müsdafiə edib. Fələstin rəsmisi bildirib ki, Səudiyyə kral ailəsi öncə Fələstin probleminin həllini, daha sonra yəhudi-ərəb münasibətlərinin normallaşmasının tərəfdarı olaraq çıxış edir. Üreykata görə, səudilər öncə işğala son qoyulmasınım, sonra normallaşma prosesi başlamasının və daha sonra sülh sazişi ortaya gəlməsinin tərəfdarıdırlar.

“Biz Səudiyyə Ərəbistanının öz mövqeyini qətiyyən dəyişdirməyəcəyinə inanırıq. Səudiyyə Ərəbistanı ərəblərin təhlükəsizliyinin elə ərəblərin əli ilə həyata keçiriləcəyini bilir. Ümid edirik ki, bu istiqamətdə hərəkət edən ölkələr yenidən düşünəcək və münasibətlərini dəyişdirəcəklər”, deyə Fələstin rəsmisi bildirib.

Üreykat normallaşma ehtimalı və ərəb ölkələrinin İsrailə təsir imkanları barədə sualı da belə cavablandırıb:

“Netanyahu hər gün çıxıb “mən məskunlaşma və ilhaq prosesinə davam edəcəyəm”, deyir. İsrail lideri 1967-ci il sərhədləri daxilində bir Fələstin dövlətinin yaşamasının mümkün olmadığını söyləyir və xüsusi vurğu ilə qeyd edir ki, “Qüds bölünməyəcək, Şərqi Qüds, Əqsa və Qiyamət Kilsəsi İsrailin paytaxtının bir hissəsi olacaq”. Sual olunur, danışıqlar prossesində Fələstinin maraqlarını bir çöp hesab edən İsrail onun şərtləri altında sülh əldə olunduqdan sonramı Fələstinin ana haqqlarını qoruyacaq? Biz təslim olduqdan sonra İsrailə necə təsir edəcəyik? Sözdə fələstinlilərinm marağını müdafiə edən bu sülh layihəsi necə bir prossesdir ki, fələstinlilərə heç bir haqq tanımır?”

Bütün dünya Fələstin məsələsinin bölgədəki sülhün açarı olduğunu bilir. Razılaşmalardan məmnun olan Avropa və digər ölkələrin düşüncəsinə görə, bu problemin İsrail-Fələstin münaqişəsi olduğu unudulmamalı, ilhaq prossesinə son qoyulmalı və işğal ləğv edilməlidir, həmçinin müstəqil bir Fələstin dövləti qurulmalıdır.

Yer üzündə etnik ayrı-seçkilik edən bir rejimdə, yəni İsrail işğalı altında kölə kimi yaşamağa razı olan heç bir fələstinli yoxdur. Məscidi-Əqsa və Qiyamət Kilsəsinin İsrailin hakimiyyəti altında olacağını qəbul edəcək bir fələstinli yoxdur”.

Fələstin xalqının sülhə can atdığını və barışıq istədiyini vurğulayan Üreykat Fələstin xalqının mövqeyinin ortada olduğunu deyir: “Biz beynəlxalq hüquqa və beynəlxalq qanuna, 1967-ci il sərhədləri üzərindəki iki dövlətlilik prinsipinə və müstəqillik təməlinə əsasən sülhü qəbul etməyə hazırıq. Kaşnerın və ABŞ səfiri Fridman: “İki sistemli dövlət və etnik ayrı-seçkilik rejiminə əsaslanan sülhü qəbul etməyəcəyik”.

Fələstin xalqına güvəndiyini bildirən Üreykat belə bir qiymətləndirmə də aparıb:

“Fələstin xalqı bu torpaqların gələcəyini müəyyən edəcək və artıq güzəştə gedənlərin mənasız şüarlar söyləyənlər olduqlarını da bilirik. Qardaş BƏƏ-dən və Bəhreyndən Ərəb Sülhü Təşəbbüsündə razılaşdığımız məsələlərə sadiq qalmalarını gözləyirdik. Bu cür strateji səhvlər bizə baha başa gəldi və əvəzini ödəyəcəyik. İsrail işğalının bataqlığı qurudulmadıqca və Fələstin dövlətinin müstəqilliyi reallaşmadıqca, bölgədə sabitlik, sülh və təhlükəsizlik mövcud olmayacaq”.

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar