Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Baş infeksionist: “O qədər toyu olan cavan ailələrimiz var…”

Ötən müddət ərzində ölkəmizdə koronavirus pandemiyası ilə bağlı müəyyən ürəkaçan tendensiyanın şahidi oluruq. Yoluxma sayının azalması, sağalanların çox zaman üstünlük təşkil etməsi karantin rejimində yumşalma tədbirlərinə, bəzi sahələrdə işlərin bərpasına gətirib çıxardı. Lakin insanları qorxudan, təşvişdə saxlayan "ikinci dalğa" gözləntisi qalmaqdadır.

Ölkənin baş infeksionisti Cəlal İsayev mövzu ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Doktor, hazırda dalğavari yoluxma statistikasının şahidiyik. Sizcə, tendensiya nə qədər müddət belə davam edəcək?

- Bu, bütün infeksiyaların xarakterik xüsusiyyətidir, bəzən artır, bəzən azalır. Son vaxtlar yoluxma sayı hətta 67-yə düşmüşdü. Hazırkı yoluxma sayı bizim apardığımız tədbirlərdən yox, vətəndaşlarımızın qaydalara əməl etməsindən asılıdır. Qaydalara nə qədər ciddi əməl etsək, yoluxma sayı o qədər azalar.

- Hələ də bizi təşvişdə saxlayan sual var, koronavirusa yoluxan şəxsin ikinci dəfə yoluxma ehtimalı nə qədərdir?

- COVID-19-da yaranan immunitetin davamlılıq müddəti barədə hələ ki məlumatımız yoxdur. Bu günə qədər bildirdiyimiz məlumatlar digər koronovirus növlərində şahid olduğumuz təcrübələr əsasında müəyyən edilib. Bütün infeksiyalarda nə qədər immunitet yaransa belə, təkrar yoluxma hadisələri istisna olunmur. Eləcə də koronavirusda... Demək istəyirəm ki, onlarda da tək-tək yenidən yoluxma halları baş verə bilər. Amma bu zaman xəstəliyi yüngül keçirəcəkdir.

- Necə düşünürsüz, hazırkı gedişat ikinci dalğanın xəbərçisidirmi?

- İkinci dalğanın baş verməsi üçün yoluxma hallarının minimuma enməsi lazımdır. Məsələn, Gürcüstanda yoluxma sayı kəskin şəkildə endi, lakin hazırda ikinci dalğa başlayıb. Ölkəmizdə isə hələ də birinci dalğa davam edir, dünyanın əksər ölkələrində də belədir. Ayrı-ayrı ölkələrdə ikinci dalğanın baş verməsi ehtimalı var.

- Bəs biz qeyd etdiyiniz minimum yoluxma halını bu payız mövsümündə görə bilərikmi?

- Hər şey mümkündür. Bu, özümüzdən asılıdır. Bütün dövlət orqanları, səhiyyə təşkilatları, müvafiq qurumlar əllərindən gələni edirlər ki, xəstəliyin yayılmasının qarşısı alınsın. Xəstəliyin yayılmasının əsas səbəbkarı infeksiyaya barmaqarası yanaşan bəzi insanlardır.

- İbtidai siniflərdə dərslər ənənəvi qaydada bərpa edilib. Necə düşünürsüz, müəllimlərin maska taxması azyaşlı uşaqlara dərs prosesində maneə ola bilərmi?

- Əgər uşaqlar maska taxmağı bacarırsa, müəllimlər də taxmalıdır. Maska taxmaq hər kəs üçün məcburidir. İbtidai sinif uşaqlarının əksəriyyəti maska taxa bilmirlər. Amma mənim nəvəm ibtidai sinif şagirdidir, siniflərində uşaqların bir qismi böyüklərdən də səliqəli şəkildə maska taxırlar. Baxır uşağın fərasətinə...

Müəllimlərin maska taxması vacibdir. Dərsi maska ilə izah etsin, nə olacaq ki? Bəhanə axtarmasınlar...

- Həmkarlarınız hesab edirlər ki, toyların dayandırılması demoqrafik göstəricilərə təsir göstərəcək. Sizin bu mövzuda qənaətiniz necədir?

- Bu, yalan söhbətdir. Demoqrafik göstəricilərə toy təsir göstərmir. O qədər toyu olan cavan ailələrimiz var... Yaxud toyu məhdud sayda insanla keçirən cütlüklərimizə də rast gəlinir. Bu cür yanaşma bəhanədir. Hamımız istəyirik ki, tez bir zamanda toylar bərpa edilsin, gənclərimiz toyla evlənsin. Buna nail olmaq istəyiriksə, verilən tövsiyələrə ciddi surətdə əməl etməliyik. Yoluxma halları aşağı ensə, toy arzuları da həyata keçər.

- Son ayda karantin rejimində yumşalma tədbirləri vətəndaşları sevindirdi. Bu hal davam edə bilərmi?

- Məsələni belə izah edim. Gəlin çox sərt karantin rejimi həyata keçirək, insanların bayra çıxmağa qoymayaq, bayra çıxanda da nəzarət edək. O zaman nə olacaq? Bayra çıxan insan özü bu qanuna əməl etməsə, ən kəskin karantin qaydalarını tətbiq etməyin yeri yoxdur.

Mənim fikrimcə, karantin rejimi yumşalsın, amma verilən tövsiyələrə ciddi sürətdə əməl edilsin. Bununla yoluxma hadisələri minimuma düşəcək.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Fransa faşistlərinin lideri ermənilər tərəfdə vuruşmaq üçün Qarabağa gəlir

ATƏT-in Minsk Qrupu Cenevrə danışıqları ilə bağlı məlumat yayıb

Rusiyalı hərbi ekspert: “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...”

Ruslar “Laçın dəhliziİ”nin qarşısında niyə yerləşiblər?

Azərbaycan ordusu Qafanda döyüşür? – Nazirlikdən açıqlama

loading...

Ən çox oxunanalar