Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa təkrar karantin rejiminə qayıdır - Yoluxmalar kəskin artıb

Avropada Danimarkadan tutmuş Yunanıstanadək bir çox ölkələr sentyabrın 18-dən koronavirus pandemiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

Britaniya təkrar karantin elan edə biləcəyi barədə məlumat verib. Britaniyada son sutka ərzində COVID-19-a yoluxanların sayı iki dəfə artaraq 6 minə çatıb. Şimali İngiltərədə xəstəxanalara gətirilənlərin sayında kəskin artım müşahidə edilib.

Britaniyanın baş naziri Boris Conson deyib ki, ölkədə koronavirus epidemiyasının ikinci dalğası artıq qaçılmaz görünür. O bildirib ki, hökumət ikinci karantinə girmək istəməsə də, yeni məhdudiyyətlər tətbiq oluna bilər.

İnfeksiyalar son iki ayda bütün Avropa boyunca artmaqdadır. Xəstəxanaya qəbul və ölüm halları xüsusilə də İspaniya və Fransada artıb. İndiyədək koronavirus pandemiyasından ən çox zərər görmüş İspaniya paytaxt Madrid də daxil yoluxmaların intensiv olduğu bölgələrdə hərəkət məhdudiyyəti tətbiq etməyə hazırlaşır.

İspaniyada indiyədək 850 min nəfər koronavirusa yoluxub. Bu ölkədə insanların 6 nəfərdən çox olmayaraq toplaşmasına icazə verilir. Buna baxmayaraq adamların işə getməsinə heç bir məhdudiyyət qoyulmayacaq.

Hökumət bildirir ki, mümkün iqtisadi ziyan təkrar karantinə girməyi mümkünsüz edir.

Fransanın Nitsa, Marsel və Bordo şəhərlərində 10 nəfərdən artıq adamın bir yerdə toplaşması qadağandır. Fransada sentyabrın 18-də 13 min 200 yeni yoluxma qeydə alınıb. Bu, pandemiya başlanandan bəri ən böyük birgünlük yoluxmadır.

Danimarkada son sutkada 454 yeni yoluxma olub. Bu, aprel ayında qeydə alınmış 473 rekorduna çox yaxındır. İslandiyada əyləncə mərkəzləri və barlar 4 gün müddətinə bağlanıb. Dublində qapalı restoranlar qadağan edilib.

Hollandiyada son bir gün ərzində 1972 yoluxma qeydə alındıqdan sonra baş nazir Mark Rutte yeni məhdudiyyətlərin tətbiq olunacağını bildirib."Reuters" agentliyi yazır ki, Avropa ikinci karantin elan etmiş İsraildən nümunə götürməli olmayacağına hələ də ümid bəsləyir. (azadliq.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar