Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” - Elxan Şahinoğlu

"Azərbaycanda FETÖ-çulara şərait yaradanlar içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub”.

PİA.az xəbər verir ki, bu sözləri Prezidentin keçmiş köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqələri, mediada Fətullah Gülənin ona və Ramiz Mehdiyevə qalstuk hədiyyə etməsi barədə fotoların yayılması məsələsinə münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

"Fətullah Gülənin Azərbaycanla təmaslarının olduğu heç kimə sirr deyil. O güclü olduğu zamanlarda Azərbaycanda da müəyyən əlaqələr qurmuşdu. Ona xidmət edən məktəblər, universitetlər var idi. Hətta bir dəfə özü də etiraf etmişdi ki, xarici ölkələrdə ən güclü dayağı Azərbaycandadır.

İstisna etmirəm ki, Azərbaycanda hakimiyyət içində, parlamentdə də onun tərəfdarları vardı. Bu tərəfdar qruplar vasitəsilə Gülən öz əməllərini həyata keçirir, imkanlarını gücləndirirdi. Əli Həsənov vaxtilə ideoloji sahəyə cavabdeh olan şəxs kimi belə halların qarşısını almalı idi. Amma görürük ki, özü onların toplantılarında iştirak edir, bu barədə şəkillər də yayılıb”.

Buna əsasən də həmsöhbətimiz hesab edir ki, ölkəmizdə FETÖ-çulara şərait yaradanlar, dəstək verənlər içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub:

"Zərərli təşkilat olduğunu görə-görə niyə FETÖ-ya belə imkanlar yaradırdılar? Demək özləri də bu işin içində olublar. Nəinki qarşısını almayıb, əksinə onların bir çox layihələrində aktiv yer alıblar. Ortada müəyyən faktlar, görüntülər, şəkillər var, FETÖ-nun müəyyən adamları ilə görüşləri olub.

FETÖ-nun tədbirlərində Əli Həsənov, Ramiz Mehdiyev yuxarı başda otururdu. Bunlar hamısı olub. Hətta Türkiyədə FETÖ-nün hərbi çevrilişə cəhdindən sonra da onlar Azərbayandakı fəaliyyətlərini azaltmadılar. Yalnız Türkiyədən Bakıya müəyyən məsələlərlə bağlı hesabatlar göndərildikdən sonra prosesin qarşısı alındı”. (sfera.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar