BBC Azərbaycanca Xidməti şəhid Xudayar Yusifzadənin ailəsində olub, anasının və nənəsinin şəhidimizlə bağlı xatirələrini qeydə alıb.
PİA.az-ın məlumatına görə, Xudayarın Anası Radə Qurbanova deyib ki, onun ata-baba yurdu Ağdam 27 il işğal altındaydı və onun vətən həsrəti o biri uşaqları kimi Xudayara da sirayət edib.
Xatırladaq ki, 22 yaşlı Xudayar Yusifzadə 44 gün çəkən İkinci Qarabağ Müharibəsində Zəngilan uğrunda döyüşlərin birində həlak olub.
pia.az