Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan qaçır

Ermənistan yaxın zamanlarda hərbi çevrilişdən sonra tamam başqa siyasi düzəndə yuxudan oyanacaq.

Bunu ötən gün fevralın 27-də “Komsomolskaya pravda” radiosunun efirində LDPR lideri Vladimir Jirinovski deyib. Rusiya Dövlət Dumasının vitse-spikeri hesab edir ki, Ermənistanda indi ən ağır ictimai-siyasi böhran yaşanır. Parlamentin iclasını da keçirmək mümkün olmur, çünki indiki baş nazir Nikol Paşinyanın fraksiyası iclasa gəlmir.

Jirinovski qeyd edib ki, bu gün Yerevanda dəyirmi masa arxasında dialoq mümkün deyil. Onun sözlərinə görə, Ermənistan şərqdə, Qafqazda yerləşir, orada isə bütün problemləri güc yolu ilə həll edirlər. Rusiyalı siyasətçini təxmin edir ki, yaxın bir neçə gündə baş nazir Paşinyan ya xaricə qaçmalı olacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Jirinovski Ermənistanda köklü siyasi islahatların qaçılmaz olduğunu deyib.

Jirinovski bundan əvvəl Ermənistanın Yerevan quberniyası statusunda zorla Rusiyanın tərkibinə daxil edilməsinə çağırmışdı.

Xatırladaq ki, Nikol Paşinyanın “İsgəndər” raketlərinin Qarabağ müharibəsində işə yaramadığı, yaxud “10 faiz partladığı” haqda açıqlamalarından sonra Rusiyadan ona kəskin hücumlar başlayıb. Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-leytenant Tiqran Xaçatryan Paşinyanın bu açıqlamasına istehza ilə yanaşandan sonra istefaya göndərilib. Onun ardınca Baş qərargah rəisi Onik Qasparyan və bütün hərbi birlik komandirləri Paşinyanın istefasını tələb edən bəyanat veriblər. Paşinyan Qasparyanı da vəzifəsindən azad etmək barədə prezidentə təqdimat verib, amma prezident Armen Sərkisyan həmin təqdimatı imzalamayıb və geri qaytarıb. Hazırda müxalifətin Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar