Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın düşdüyü pat vəziyyəti... - Siyasi bəlirsizlik və qarşıdurma erməniləri hara aparır?

Ermənistan prezidentinin legitim siyasi hakimiyyəti deyil, üsyankar generalları müdafiə etməsi hərbi məğlubiyyətin parçaladığı ölkədə siyasi bəlirsizliyi daha da artırmaqdadır. Ən azından konstitusiyaya görə bu bəlirsizlik 13 gün daha davam edə bilər...

Politoloq: “Ermənistanda olan hərbi çevrilişə cəhddən artıq üç gün keçib. Buna görə də deyə bilərik ki, hərbi çevriliş cəhdi uğursuz oldu”.

“Bir ordu hər yerdə öz ölkəsini xarici müdaxilədən qoruyan və birbaşa əmrə tabe olan qurumdur. Bütün halda bu qurumun əmrə tabe olmamsı və ölkənin legitim hakimiyyətini istefaya səsləməsi hərbi çecriliş cəhdidir. Əgər ortada məğlub olmuş ölkə varsa, eyni zamanda məğlub olmuş bir ordu da var və bu məğlubiyyətə görə indi qiyam qaldıran generallar birbaşa cavabdehlik daşıyırlar”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanda edilən hərbi çevrilişə cəhdin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən Prezident Armen Sərkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb. Belə ki, hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb ki, buna səbəb Prezident Armen Sarkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini imzalamaqdan imtina etməsidir.

Göründüyü kimi Ermənistan siyasətində pat vəziyyəti yaranıb. Bir tərəfdən Paşinyana ultimaum verən Baş Qərargah mövcud höküməti devirmək üçün ordu hissələrindən istifadə etməzkən, digər tərəfdən də ordu ardından bəyanatlar verən müxalifət və Paşinyan arasında gərginlik son həddə çatıb. Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini imzalamaqdan imtina edən prezident Armen Sarkisyan da konstitusiyanı pozmaqda ittiham olunur.

Qeyd edək ki, bu gün axşam saatlarında həm Paşinyan tərəfdarlarının, həm də ordudan dəstək alan müxalifət tərəfdarlarının Yeravanın mərkəzində mitinqi olacaq. Bu mitinqlər həm də erməni xalqının tərəflərə verəcəyi dəstək anlamında hər iki tərəf üçün önəmlidir. Lakin belə görünür ki, bu günkü mitinqlər belə Ermənistandakı daxili vəziyyəti daha da gücləndirəcək və vəziyyət daha çox dalana dirəcək. Əslində bu günə təyin olunan mitinqlər heç bir tərəfin qələbəsini təmin etmədiyi kimi, sonu görünməyən tuneldən çıxış yolunu da göstərmir. Bu sadəcə tərəflərin əzələ nümayiş etdirməsi kimi dəyərləndirilir və Ermənistan prezidentinin legitim siyasi hakimiyyəti deyil, üsyankar generalları müdafiə etməsi hərbi məğlubiyyətin parçaladığı ölkədə siyasi bəlirsizliyi daha da artırmaqdadır. Ən azından konstitusiyaya görə bu bəlirsizlik 13 gün daha davam edə bilər.

Hazırkı durumda Ermənistandakı çevriliş cəhdini nə qədər uğurlu, ya da uğursuz dəyərləndirmək olar və ölkə hazırda düşdüyü siyasi pat vəziyyətindən necə, hansı itkilərlə çıxa bilər?

Ermənistandakı son vəziyyəti PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Xalqın əsas fundamental bazasını təşkil edən kasıb bazası Paşinyanı müdafiə edir. Buna görə də düşünürəm ki, Paşinyanın devrilməsi çox çətin olacaq”.

Ermənistan konstitusiyasına görə Sarkisyanın ikinci dəfə baş nazirin təqdimatını imzalamamaq, onu geri qaytarmaq səlahiyyətinin olmadığını xatırladan politoloq PİA.az-a bildirib ki, prezident baş nazirin sərəncamını rəy vermək üçün bu dəfə Konstitutsiya Məhkəməsinə göndərə bilər. Əgər ikinci dəfə sərəncamı imzalamadan geri qaytarsa, baş nazir prezidentə müraciət etmədən Onik Qasparyanı işdən azad edəcək:

Ermənistanda olan hərbi çevrilişə cəhddən artıq üç gün keçib. Buna görə də deyə bilərik ki, hərbi çevriliş cəhdi uğursuz oldu. Dünyanın böyük hissəsi, Rusiyadan başqa, Ermənistanda ordunun siyasiləşməsini, siyasətə qarışmasını və generalların hərbi çevriliş cəhdini açıq şəkildə artıq lənətləyir. Yəni generallar Rusiyadan başqa heç bir ölkədən siyasi dəstək ala bilmədilər və bu keçən müddətdə onların tam qətiyyətinin olmadığı da üzə çıxdı. Buna görə də generallar məsuliyyəti öz üzərlərinə götürməkdən yayınaraq bu məsuliyyəti müxalifət liderlərinin üzərinə qoymağa çalışır.

Ordu nə üçün ölkənin siyasi rəhbərinə ultimatum verib vəzifəsindən getməsini tələb etməlidir? Bu ordunun haqqı deyil. Bir ordu hər yerdə öz ölkəsini xarici müdaxilədən qoruyan və birbaşa əmrə tabe olan qurumdur. Bütün halda bu qurumun əmrə tabe olmamsı və ölkənin legitim hakimiyyətini istefaya səsləməsi hərbi çevriliş cəhdidir. Əgər ortada məğlub olmuş ölkə varsa, eyni zamanda məğlub olmuş bir ordu da var və bu məğlubiyyətə görə indi qiyam qaldıran generallar birbaşa cavabdehlik daşıyırlar. Baş verənlərə görə Ermənistanın siyasi hakimiyyətindən daha çox, Ermənistanın hərbi rəhbərliyinin günahı var və onlar öz məsuliyyətlərini daşımalıdırlar.

Qabil Hüseynli: “Ermənistanda vəziyyət qarşıdurma halında olsa belə, görünən odur ki, işləri qarışdıran və generalları çevrilişə cəhdə zorlayan Rusiyadır”.

Ermənistan konstitusiyasına görə isə Sarkisyanın baş nazirin təqdimatını ikinci dəfə imzalamamaq, onu geri qaytarmaq səlahiyyəti yoxdur. Prezident baş nazirin sərəncamını bir dəfə geri qaytara bilər və bu dəfə Sarkisyan ya Onik Qasparyanın vəzifədən alınmasını təsdiq edəcək, ya da rəy almaq üçün Konstitusiya Məhkəməsinə göndərə bilər. Əgər ikinci dəfə qaytarsa, baş nazir prezidentə müraciət etmədən Onik Qasparyanı işdən azad edəcək. Yəni Ermənistanda prezidentin simvolik hakimiyyəti var. O notarius kimidir, ancaq təsdiq edir.

Düşünürəm ki, Ermənistanda vəziyyət qarşıdurma halında olsa belə, görünən odur ki, işləri qarışdıran və generalları çevrilişə cəhdə zorlayan Rusiyadır. Amma Paşinyanın xalq içində elektoral bazası hələ də güclüdür və sadə erməni xalqı “Qarabağ klanı” daha çox Paşinyana güvənir və ona etimad göstərir. Xalqın əsas fundamental bazasını təşkil edən kasıb bazası Paşinyanı müdafiə edir. Buna görə də düşünürəm ki, Paşinyanın devrilməsi çox çətin olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar