Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir ödəmə terminalını oğurlayan şəxslər tutuldu

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3 510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassasından 306 manat naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Hadisə barədə polis əməkdaşlarına məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsi və 40-cı Polis Bölməsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri birgə əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar. Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

"Ramin Mahmudov və Rəvan Hümbətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildiirlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar