Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatının medalçısı: “Erməniyə qalib gələcəyimə əmin idim”

Güləşçi Əli Rəhimzadə (65 kq) Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Ötən il Romada keçirilən analoji yarışda eyni uğura imza atan sərbəst güləşçimiz qitə birinciliyindəki çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

“Buraya çempion olmağa gəlmişdim. Ötən il Avropa çempionatında bürünc medal qazanmışdım. Ona görə də bu dəfə hədəfim yalnız qızıl medal idi. Ancaq yarımfinalda Rusiya güləşçisinə məğlub oldum. Hər halda, medalsız qalmadım. Buna da şükür. Qismət beləymiş. İnşallah, növbəti yarışlarda çempion olaram.

Əslində digər görüşlərim rahat keçdi. Düzdür, erməni güləşçiylə qarşılaşmada hesab 2:1 oldu. Hətta xəbərdarlıq xalı verilməsəydi belə, ona qalib gələcəyimə əmin idim. Lazım olan xalı alacaqdım. Güləş üslubum belədir. Adətən xallarımı sona yaxın alıram. Gürcüstan güləşçisinə isə ümumiyyətlə, rahat qalib gəldim. Bürünc medal uğrunda görüşdə son 30-40 saniyəni gözləyirdim ki, fənd edib xalımı alım. Belə də oldu.

Rusiya güləşçisiylə görüşdə taktikanı düzgün qurmadım. Əslində rəqibin üslubunu tam bilirdim. Ona uduzmamalıydım. Ancaq belə alındı. Hesabda 4:0 öndə idim. Amma bu hesab məndə arxayınlıq yaratmadı. Əksinə, tam üstünlüklə qalib gələ biləcəyimi düşünürdüm (rusiyalı idmançıya 5:8 hesabı ilə uduzub – red.). İnşallah, hazırlaşıb Avropa, dünya və olimpiya çempionu olmağa çalışacağam”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar