Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Kazan faciəsi ilə bağlı danışdı - Video

Kazan faciəsi göstərdi ki, təhsil müəssisələrində təhlükəsizliyin təmini ilə bağlı hələ də problemlər var.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF prezidenti Vladimir Putin hökumətlə birgə keçirdiyi iclasda bəyan edib.

O, təhsil müəssisələrinin təhlükəsizliyi və terrordan qorunması üçün vahid yanaşma tətbiq etməyə, həmçinin silahların dövriyyəsi üzərində nəzarəti gücləndirməyə və onların alınması üçün tələbləri artırmağa çağırıb.

“Burada ciddi nizam lazımdır. Tibbi arayışı heç bir müayinədən keçmədən pulla almaq halları tam istisna olmalıdır”, - deyə o, bildirib.

Dövlət başçısı qurbanların əzizlərinə də başsağlığı verib. Baş verənləri böyük faciə və barbarcasına törədilmiş cinayət adlandıran Putin gimnaziyada hücum zamanı uşaqları qoruyan müəllimləri mükafatlandırmaq barədə tapşırıq verib.

“Müəllimlər də, gimnaziyanın əməkdaşları da kritik vəziyyətdə cəsarətlə, qəhrəmanlıqla və yüksək səviyyədə peşəkarlıqla davranıblar. Bilirəm ki, bir çox müəllim sinif qapısının ağzında, şagirdlərini müdafiəyə hazır vəziyyətdə durmuşdular, onların gimnaziyadan çıxmasına yardımçı olmuşdular”.

Xatırladaq ki, mayın 11-də Kazanda gimnaziyaya silahlı hücum olub. Faciə nəticəsində yeddi məktəbli və iki müəllim həlak olub, azı 20 nəfər yaralanıb. Həmin məktəbin məzunu olan Qələviyev artıq cinayətini etiraf edib. Məhkəmə ilkin olaraq onu iki ay müddətinə həbs edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar