Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Aslanovun vəziyyəti pisləşib - Həyat yoldaşı

Yanvarın 6-dan həbsdə aclıq edən Polad Aslanovun vəziyyəti kəskin pisləşib. Bu barədə jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib. O, şənbə günü 1 saylı koloniyada həyat yoldaşına baş çəkib.

“Polad çox halsız idi. Əlləri göyərmişdi. Başını masaya qoyaraq məni dinləyirdi. Özü çətinliklə danışırdı, çox arıqlayıb”, – Aslanova “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib.

Bununla belə, Polad aclığı davam etdirmək niyyətindədir. “Ya Ali Məhkəmə məni azad edəcək, ya da buradan cəsədimi çıxaracaqlar”, – o, xanımına deyib.

Onun sözlərinə görə, koloniyanın həkimi xəbərdarlıq edib ki, aclıq davam edərsə Polad 3-4 gün tab gətirə bilər.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar