Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7 Rusiyanın aktivlərini Ukraynaya dəyən zərərin ödənilməsinə" qədər saxlayacaq

G7 ğlkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Kiyevə yönəldilməsi ilə bağlı Aİ-nin təkliflərini alqışlayır...

Poliqon xəbər verir ki, bunu G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri Vaşinqtonda keçirilən görüşdən sonra bildiriblər. Qeyd edilir ki, G7 ölkələri Ukrayna münaqişəsində dəyən ziyana görə Moskvadan kompensasiya alana qədər Rusiyanın suveren aktivlərini dondurulmuş vəziyyətdə saxlayacaqlar.

G7 həmçinin dondurulmuş aktivlərdən əldə olunan gəlirlərin “Ukraynanın xeyrinə” yönəldilməsi ilə bağlı Avropa İttifaqının irəli sürdüyü təklifləri alqışlayıb. Bundan əlavə, G7 ölkələri Böyük BritaniyaABŞ-ın təqdim etdiyi birjalarda Rusiyanın əsas metallarının dövriyyəsinə qarşı sanksiyaları təsdiqləyib.

G7 ölkələri həm beynəlxalq, həm də daxili qanunlar çərçivəsində dondurulmuş aktivlərdən istifadə etmək üçün "bütün mümkün yollar üzərində işləməyə" davam edəcəklərini bildiriblər.

Xəbərdə qeyd edilir ki, G7 ölkələrinin liderləri 2024-cü ilin iyununda İtaliyada keçirilməsi planlaşdırılan sammitdə bu vəsaitlərdən Kiyevin maraqlarına uyğun istifadənin mümkün yolları barədə məlumatlandırılacaqlar.

Çərşənbə günü, aprelin 17-də Reuters agentliyi ABŞ Maliyyə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən xəbər verib ki, dondurulmuş Rusiya aktivləri müsadirə olunarsa, dərhal Ukrayna hesablarına köçürülə bilməyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar