Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AŞ PA Azərbaycanla bağlı qətnamə qəbul edə bilər”


Razi Nurullayev: “Vəziyyət o həddə çatıb ki, ölkəmizə növbəti kart-blanşın verilməsi gözlənilən deyil”


Avropa Şurası Parlament Assambleyasının yay sessiyası başlayıb. 

Artıq Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Fransanın Strasburq şəhərinə səfər ediblər.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildir.

Tədbirdə AŞ PA-nın Daimi Komitəsi və Büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti, Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, AŞ PA həmişə Azərbaycan iqtidarına loyal münasibəti ilə seçilib. İndi AzərbaycanAvropa Birliyi arasında olan münasibətlərin gərgin olduğu vaxtda AŞ PA-nın Azərbaycanla bağlı məsələni gündəliyə daxil etməsi suallar yaradır. Bir sıra ekspertlər hesab edir ki, AŞ PA-nın yaya sessiyası Azərbaycan üçün gərgin keçə bilər. AŞ PA-nın Azərbaycanla bağlı qətnamə qəbul edəcəyinin istisna olunmadığını düşünənlər də var.

Politoloq Razi Nurullayev isə hesab edir ki, Azərbaycanda gedən proseslər o qədər mürəkkəbdir və o qədər inkişaf edib Azərbaycan hakimiyyətin dostu olan, illər uzunu Azərbaycan hakimiyyətini müdafiə edənlər də artıq nə hakimiyyəti, nə Azərbaycanı müdafiə edə bilmir: “Bu da Azərbaycanda həyata keçirilən həbslərlə bağlıdır. İndiyə qədər Avropada belə bir təəssürat var idi ki, Azərbaycanda demokratik dəyişikliklərə yol açılacaq, Azərbaycan dəyişikliklərə getmək imkanına malikdir, bu niyyətdədir. Bu, AŞ PA məruzəçilərinin hesabatında da özünü büruzə verirdi. Lakin artıq mənə belə gəlir ki, vəziyyət o həddə çatıb Azərbaycana növbəti kart-blanşın verilməsi gözlənilən deyil. Avropa Parlamentinin çağırışlarında, qətnamələrində də bu özünü büruzə verir. AŞ PA-nın da bu dəfə Avropa Birliyi və Avropa Parlamentindən fərqli bir mövqe nümayiş etdirməsi real görünmür. O baxımdan, qətnamə olmasa da, hər halda, Azərbaycanda insan haqları, demokratiya məsələləri barədə yəqin ki, kəskin çıxışlar olacaq”.

R.Nurullayev onu da qeyd etdi ki, Azərbaycan nümayəndə heyəti nə qədər çalışsa da yəqin ki, Azərbaycandakı durumla bağlı, Azərbaycan əleyhinə səslənən bir çox çıxışları, addımları dayandıra bilməyəcək: “Ola bilsin ki, bununla bağlı Azərbaycana müraciət də olsun, qətnamə də qəbul olunsun. Bunları gözləmək olar. Digər bir tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa Birliyi ilə saziş imzalamaqdan imtina edib. O baxımdan Avropa dövlətlərinin əlində əsas və bir az da bəhanə var ki, Azərbaycanın üzərinə gəlsinlər. 

Eyni zamanda Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsini də müzakirə etməsi ondan xəbər verir ki, Avropa Birliyi hələ də Azərbaycanla dostluğunu saxlamaq istəyir. Azərbaycan hakimiyyəti hər zaman Dağlıq Qarabağ məsələsini vurğulayıb və açığını etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ məsələsinə Avropa Birliyinin mövqeyi ilə bağlı Azərbaycan hakimiyyətinin səsləndirdiyi bütün ittihamlar tamamilə doğrudur. Avropa Birliyinin, AŞ PA-nın Dağlıq Qarabağ məsələsinə münasibəti ikili standarta söykənir. Düşünürəm ki, bu dəfə AŞ PA-da Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın xoşuna gələcək çıxışlar olsun. Bununla onlar demokratiya məsələsi ilə bağlı sərt çıxışları kompensasiya etmək məqsədi güdə bilərlər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar