Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan bank sektoruna dəstək üçün ÜDM-in 18%-nə barəbər vəsait xərcləyib”


2015-2016-cı illərdə Azərbaycan bank sektoruna dəstək vermək üçün ÜDM-in 18%-nə bərabər olan vəsait yönəldib


Bunu Bakıda keçirilən “Moody`s Annual Azerbaijan Summit” adlı tədbirdə “Moody’s” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Pyotr Paklin bildirib.

Azərbaycanın bank sektorunun həcmi ÜDM-in yarısından bir qədər çox olsa da, bu, o qədər də böyük rəqəm deyil. Buna baxmayaraq, hökumətin bank sektorunun dəstəyi üçün çəkdiyi xərc böyükdür. Bizim hesablamalarımıza əsasən, bank sektorunun dəstəyi üçün xərclənən vəsait ÜDM-in 18%-nə bərabərdir. Bu vəsait ilk növbədə Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılmasına yönəldilib”, – deyə, o, bildirib.

Vitse-prezidentin sözlərinə görə, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı qəbul olunan qərar bazar üçün sürpriz olub:

“Bu qərar onu göstərir ki, aidiyyəti qurumlar maliyyə sektorundakı problemləri tam qiymətləndirməyib. Belə olduğu halda dövlət büdcəsindən əlavə vəsaitlərin xərclənməsi qaçılmazdır”.

2015-2016-cı illərdə Azərbaycanın dövlət borcunun kəskin artdığını bildirən analitik deyib ki, 2014-cü ilin sonuna bu göstərici ÜDM-in 11%-nə, 2016-cı ilin sonuna isə 40%-nə bərabər olub.

“Buna baxmayaraq, borcun bu səviyyədə olması Azərbaycan üçün təhlükəli deyil. Azərbaycan borcunu idarə etmək iqtidarındadır. Azərbaycanın valyuta ehtiyatları ÜDM-ə bərabərdir. Bu isə ölkənin ciddi təhlükəsizlik yastığına sahib olmasından xəbər verir”, – deyə P.Paklin qeyd edib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar