Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycandakı “beşinci kolon”a artıq əmr gəlib”


“Rusiyanın Azərbaycanda güclü beşinci kolonu olduğu artıq sübut olunub”.


PİA.AZ bildirir ki,bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.  O, hazırda Azərbaycana hücumla bağlı yayılan bütün məlumatların Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını bildirib:
 
“Son günlər Rusiyadan Azərbaycana edilən informasiya müharibəsində əsas məqsəd Azərbaycana hədə-qorxu gəlmək, onu tutduğu düzgün yoldan çəkindirməkdən ibarətdir. Amma bu cür mənasız, heç bir şeyə əsaslanmayan bəyanatlarla nəyəsə nail olmaq mümkün deyil. Ona görə də Azərbaycan öz tutduğu mövqeni və siyasətini davam etdirəcək. Bu gün “Rusiya bizə şimaldan, yerdən, göydən hücum edəcək” kimi fikirlərin hamısı boş-boş şeylərdir. Rusiya bu dəqiqə dəhşətli təhlükə qarşısındadır. Ona görə ki, bütün dünya birləşib Rusiyanı çökdürmək istəyir. Mən əminəm ki, Azərbaycanda yayılan bu xəbərlərin hamısı Rusiyanın xüsusi xidmət orqanlarının informasiya manipulyasiyasıdır. Bunlara fikir verməyə dəyməz”.
 
Politoloq Azərbaycanın daxilində fəaliyyət göstərən beşinci kolona artıq əmrin gəldiyini söyləyib:
 
“Artıq bütün ictimaiyyətə məlum oldu ki, Azərbaycanda güclü beşinci kolon var. Bu beşinci kolon Rusiya tərəfindən idarə olunur. Beşinci kolon öz vətəndaşlarımızdan təşkil olunub. Hamısı azərbaycanlılardır. Əmr gələnə qədər onlar öz işləri ilə məşğuldurlar. Bunların kimi həkimdir, kimi mətbuat işçisidir. Hər biri öz işi ilə məşğuldurlar. Əmr gələndə hamısı baş qaldıracaq. İndi əmr gəlib ki, Rusiyanın Krıma müdaxiləsini dəstəkləyin, şayiə yayın ki, Azərbaycana Rusiya zərbə vura bilər. Bunun hamısı göz qabağındadır. Mən tam əminəm ki, Azərbaycanda artıq güclü Milli Təhlükəsizlik Nazirliyi var. Bunların fəaliyyəti nəzarət altındadır. Lazım olanda bunlar üçün tədbir görüləcək”.
 
Qeyd edək ki, "beşinci kolon" ayrı-ayrı dövrlərdə güclü dövlətlərin öz maraqlarını təmin etmək üçün kiçik dövlətlərin içərisində (hökumət qurumlarında, müxalifətdə, QHT-lərdə və sairə) formalaşdırdığı qruplardır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar