Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlı deyiləm...“


Avqustun 12-də riyaziyyat sahəsində nüfuzlu beynəlxalq "Filds" medalı gənc ABŞ professoru Məryəm Mirzəxaniyə verildi


Xəbər yayılandan dərhal sonra 37 yaşlı alimin mənşəyi Azərbaycanda çoxlarında maraq doğurdu. Bəzi media qurumları bu mükafatın ilk qadın laureatı olan Məryəm Mirzəxaninin İran azərbaycanlısı olduğunu yazdı.

Məsələyə aydınlıq gətirmək üçün "Azadlıq" radiosu Məryəm Mirzəxaninin bilavasitə özünə müraciət edib. Medianın xəbərlərini təkzib edən Məryəm Mirzəxani deyib: 

"Bildiyim qədər, mənim Azərbaycanla heç bir bağlılığım yoxdur. Ailəmdə azərbaycanlı mövcud deyil, nənə və babalarım Tehran yaxınlığında yerləşən kənddəndirlər”.

Onun azərbaycanlı olması haqda məlumatların haradan qaynaqlanmasından xəbərsiz olduğunu bildirən gənc professor əlavə edib: "Əlbəttə ki, Tehranda böyüdüyüm üçün mənim çoxlu yaxşı azərbaycanlı dostlarım var və mənim bu kültürə böyük hörmətim var. Bütün hallarda hesab edirəm ki, belə məsələlərin əhəmiyyəti böyükdür”.

Qeyd edək ki, 40 yaşa qədər riyaziyyatçı alimlərə verilən "Filds" medalı əhəmiyyətinə görə az qala Nobel mükafatına bərabər tutulur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar