Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azfen“ şirkəti də belə narazılıq yaradır... - Fotolar

"Azfen" şirkəti də belə narazılıq yaradır


Vətəndaş Allahverdiyev Məhəmməd Zeynal oğlu bp-nin podratçı şirkəti olan “Azfen”-in onun başına gətirdiyi müsibətlər barədə Azinforum.az-a məlumat verib. 

Şikayətçinin sözlərinə görə, özünə məxsus olan “DAF” markalı yük avtomobili ilə müqavilə əsasında “TANAP” layihəsinin tikintisi üçün lazım olan plastik platformaların daşınması işini həyata keçirib.

Sentyabrın 16-sı tarixində növbəti yükdaşımanı edib, malı təhvil verən zaman “Azfen”in işçilərinin səhlənkarlığı ucbatından qəzaya tuş gəlib. Ucar rayonu ərazisində yükü podratçıya təhvil verərkən, qaldırcı kran çəkisi 2 ton 100 kq olan platformanı yük maşınının üzərinə salıb. Şikayətçi deyir ki, hazırda ona məxsus olan “DAF” markalı maşın qəzalı vəziyyətdə Ucarda qalıb:

“10 gündən artıqdır ki, mən işsiz qalmışam. Qəza da mənim günahım ucbatından baş verməyib. Mənə 5-6 min manat çivarında ziyan dəyib. Nə pulu verirlər ki, mən dəymiş ziyanı aradan qaldırım, nə də özləri məsələni həll edir. Yalnız tapşırırlar ki, yuxarılara şikayət etməyim. 10 gün susdum, ancaq görürəm ki, heç aşağılar da, məsələni həll etməkdə maraqlı deyil. Mətbuatdan xahişin budur ki, məsələnin ictimailəşməsinə kömək etsinlər. Bəlkə bundan sonra, “Azfen” insafa gəlib mənim problemimi həll edər. Hər halda, qəzaya saldıqları sürücüyə kömək etmək onların borcuna aid olan məsələdir”.

Edilən şikayətlə bağlı “Azfen” rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da, mövqeyini dinləməyə hazırıq.



 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar