Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı-Ceyhan olmasaydı, Azərbaycan müstəqil olmazdı“


"ABŞ Azərbaycanda həyata keçirilən iri enerji layihələrində Amerika şirkətlərinin iştirakını istəyir".


Bu barədə ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar aprelin 23-də Xəzər Enerji Forumundakı (Caspian Energy Forum-2014) çıxışında bildirib.

Amerikalı diplomat hesab edir ki, “Şahdəniz-2” layihəsinin işlənilməsi yeni karbohidrogen ehtiyatlarının aşkar edilməsinə gətirib çıxara bilər. Bu işə beynəlxalq tərəfdaşların cəlb olunması Azərbaycan üçün çox vacibdir.

Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın enerji resursları çox vacibdir. ABŞ bu istiqamətdə Azərbaycanla sıx işləyəcək. “Şahdəniz”, TANAP və TAP layihələri mühüm əhəmiyyət kəsb edir və onların reallaşması böyük cəsarət tələb edir” - səfir vurğulayıb.

Diplomat üç əsas meyar sadalayıb ki, onun fikrincə, Dövlət Neft Şirkəti layihələrin reallaşması zamanı bunlara əsaslanmalıdır: "Birincisi, xarici tərəfdaş öz hökuməti tərəfdən dəstəklənməlidir. İkincisi, enerji layihələrinin reallaşması üçün lazım olan iri maliyyə xərcləri nəzərə alınmalıdır. Əvvəlki layihələrin reallaşmasına 50 milyon dollara qədər xərclənib və gələcəkdə reallaşması nəzərdə tutulan layihələr də çox bahalı olacaq. Odur ki, onları beynəlxalq tərəfdaşlıq çərçivəsində həyata keçirmək lazımdır. Üçüncüsü, enerji diversifikasiyasının təminatı amilini nəzərə almaq lazımdır.

ABŞ regiondakı layihələrdən birbaşa neft və qaz almayacaq. Bununla belə, Avropanın enerji təhlükəsizliyinin təminatını vacib sayırıq.

Azərbaycan MDB məkanında tam müstəqil siyasət yürüdən və heç kimdən asılı olmayan dövlətlərdən biridir. Dünyada baş verən son hadisələr dövlət suverenliyinin və müstəqilliyin Azərbaycan üçün nə dərəcədə mühüm aspektlər olduğunu göstərdi. Bakı-Tiflis-Ceyhan layihəsi olmasaydı, Azərbaycan öz müstəqilliyini saxlaya bilərdimi? Odur ki, yeni layihələr Azərbaycanın suverenliyinin və müstəqilliyinin təminatında mühüm rol oynayır” ("Turan").


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar