Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baku Electronics“də kütləvi ixtisar başladı


Qlobal maliyyə böhranı, xüsusilə manatın devalvasiyası Azərbaycanda məişət texnikası bazarında ən iri şirkətlərdən olan "Baku Elektronics"dən də yan keçməyib


Belə ki, milli valyutanın devalvasiyaya uğradığı gün bazarda təqdim etdiyi məişət texnikası məhsullarının qiymətini ən azı 35% bahalaşdıran şirkət, artıq iş strategiyasında və işçilərinin sayında bir sıra dəyişikliklər etməyə başlayıb.

Məişət texnikası bazarındakı mənbənin "Report"a verdiyi məlumata görə, qiymətlərin bahalaşmasından sonra şirkətin satışı kəskin şəkildə azalıb.

"Artıq insanlar əvvəlki kimi məişət texnikası almır. Düzdür, qiymətlə maraqlanırlar, lakin almırlar. Ancaq əlində müəyyən vəsaiti olan çox az sayda alıcılar, onun dəyərsizləşməsindən ehtiyat edərək nəsə alır. Lakin bu da əvvəlki kimi deyil. Məsələn, bir müştəri soyuducu almaq istəyirdi və əvvəlki qiymətlə onun 1 400 manat olduğunu düşünürdü. Lakin manatın məzənnəsi düşən tarixdə qiymətlər kəskin qalxdı. Həmin alıcı isə 1 400 manata ehtimal etdiyi soyuducunu 1 900 manat almalı olub. Müştəri əlində olan pulunun daha da ucuzlaşmasından qorxduğu üçün bu qiymətə məişət texnikasını almalı oldu. Ən ucuz əşyalar isə ən azı 4-5 manat bahalaşıb", - deyə mənbə bildirib.

Mənbə qeyd edir ki, bu, şirkət əməkdaşlarının iş şərtlərinə və iş yerlərinin saxlanılmasına da təsir edib. Artıq şirkət işçilərinin sayını azaltmaq məqsədilə "növbədənkənar" attestasiya keçirmək qərarına gəlib. Bu şəkildə işçilər "imtahandan keçə bilmədiz" adı altında işlərini itirirlər. Halbuki, bundan əvvəl işçilərin imtahana çəkilməsi haqda öncədən elan verilirdi.

Prosesə ilk olaraq baş ofisdən start verilib. "Baku Elektronics" işçiləri əvvəlcə yarımştata keçirərək, bir gündən bir iş rejminə salıb. Şirkətin şəhərin müxtəlif hissələrində fəaliyyət göstərən mağazalarında çalışan satıcılarının isə hər satdıqları məişət texnikasına görə əldə etdikləri bonuslarının miqdarı da azaldılıb: "Bu, satılan əmtəənin dəyərindən asılı olaraq dəyişir. Məsələn, satıcı əvvəl bir blender satdıqda 1 manat bonus qazanırdısa, indi bu 59 qəpiyə düşüb".

Mənbə deyir ki, 40 mln. dollar xarici borcu yığılan şirkət yaranmış çətinlikdən çıxış yolu tapmaq üçün daha bir yola əl atıb. "Baku Electronics" bundan əvvəl müxtəlif brendlərin məhsullarını satarkən, alıcılara 6-12 aylıq faizsiz kredit təqdim etdiyi halda, indi müştərilərə maksimum 6 ay müddətində və ancaq faizlə əmtəə satılır.

Qeyd edək ki, məsələ ilə bağlı "Baku Electronics" heç bir şərh vermək istəməyib.

Onu da xatırladaq ki, "Baku Electronics" 1994-cü ildə Bakıda 1 mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, ZaqatalaGöyçayda yerləşən 18 mağazası ilə yanaşı, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, BalakənZaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar