Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər girovlardan istifadə etməyə çalışır”


“Rusiya hər zaman xaosdan nəsə qazanmaq istəyir”


Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. O, Ermənistanın Kəlbəcərdə götürdüyü girovlardan daxili auditoriyada təbliğat üçün istifadə cəhdlərini müşahidə etdiyini bildirib:
 
“Bu gün Azərbaycan torpaqlarında işğalçı Ermənistan ordusu tərəfindən girov götürülənlər sadəcə, oranı yaxşı bilən, əslən qarabağlılardır. Mətbuatdan izlədiyim qədər həmin şəxslər oraya illərdir gedib-gəlirmişlər. Təbii ki, bu məsələni erməni kəşfiyyatı bilir və illərdir bunların girov götürülməsi üçün əməliyyat keçirirdirlər. Lakin bu cür bələdçiliyi güclü olan şəxsin tutulması ortaya bir az şübhələr qoyur. 

Onların girov götürülməsinə bu dəfə qrup şəklində oraya getmələri səbəb olub. Müharibə şəraitində bu cür girov götürmələrdən daxili audotoriyada təbliğat üçün istifadə edilir və mən Ermənistan hakimiyyətinin bundan bəhrələnmək istəyi ilə dəridən-qabıqdan çıxdığını müşahidə edirəm. Bu gün bərbad şəkildə ordusu olan Ermənistan öz ictimaiyyətinə nəsə aldadıcı bir informasiya verməlidir və bu kimi hallar onlara bu aldadıcı sözü deməyə imkan verir”.
 
F.Məmmədov “diversant” məsələsinin bölgədəki bütün proseslərə təsir edəcəyini deyib:
 
Rusiya isə hər zaman xaosdan nəsə qazanmağa çalışır. Təbii ki, bu kimi gərginliyin mövcud olması istər sülh prosesinə, istərsə də digər proseslərə təsirsiz ötüşmür. Lakin Qarabağ kartı Azərbaycan üçün hər zaman təzyiq mexanizmi kimi istifadə olunub və olunacaq da. Qarabağ və ətraf rayonların qaytarılması məsələsində Rusiya maraqlı deyil və heç zaman da olmayacaq. Bu bir gerçəkdir. Bu gün bəzi politoloqların torpaqların qaytarılması ilə bağlı məsələləri müzakirəsini, sadəcə, sadəlövhlük adlandırıram. Bu gün Qarabağın qayıtması yolu Azərbaycanın Qərblə münasibətlərini inkişaf etdirməsindən keçir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar