"Boca Juniors"un hücumçusu Karlos Tevez ilin sonunda karyerasını bitirə bilər
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, argentinalı forvard bu barədə "Foxr Sports Radio"ya danışıb.
"Karyeramı başa vurmaq barədə düşünürəm. Güman ki, noyabrda qəti qərarımı verəcəm. Argentinada Avropadan daha artq təzyiq hiss edirsən. Avropada oyundan sonra gündəlik işlərinlə məşğul ola bilirsən".
Tevez karyerası ərzində "Corinthians", "Vest Ham Yunayted", "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus"da oynayıb.
pia.az