Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəpəz“ “Daçiya“nın müqavimətini qıra bilmədi


Diniyev avrokuboklarda debüt etdi


Dünən avrokubok mövsümünə start verilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan klublarından qitəmiqyaslı yarışlarda mübarizəyə ilk başlayan "Kəpəz" olub.

16 illik fasilədən sonra qitə arenasına çıxan Gəncə klubu Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya"sını qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bu matç “Kəpəz”in 5787 gündən sonra Avropa arenasına dönüşü olub. Sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda yarışmış və 16 il qitəmiqyaslı turnirlərə qatılmayan gəncəlilər yarışın yeni adı altında ilk dəfə çıxış ediblər.

Bu görüş həm “Kəpəz”, həm də baş məşqçi Şahin Diniyev üçün ilklə yadda qalıb. Gəncəlilər ilk dəfə Şahin Diniyevin rəhbərliyi ilə avrokuboklarda çıxış edibsə, “Daçiya” ilə oyun Diniyev üçün avrokuboklarda debüt olub.


Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
Kəpəz (Azərbaycan) - Daçiya (Moldova) 0:0
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev (6. Ceyhun Cavadov, 73), 10. Dario Frederiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (19. Orxan Əliyev, 70), 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Alves, 77. Serjinyo (9. Tural Qürbətov, 79), 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.

Daçiya: 12. Dumitru Keleadnik, 2. Andrey Slinkin, 4. Semyon Bulqaru (k), 5. Vyaçeslav Posmats, 7. Rinar Valeyev (19. Maksim Qavrilenko, 40), 9. İqor Buqayev (15. Sapol Mani, 61), 10. Aleksandru Becan (25. Andrey Buqneats, 83), 11. Denis Kojanov, 17. Euqenyu Kokiuç, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşçuk.

Ehtiyat oyunçular: 16. Dorian Raylean, 6. Medjit Neziri, 27. Vasile Cardan, 29. İaser Turkan.

Baş məşqçi: Oleq Bejenar.
Sarı vərəqələr: Euqenyu Kokiuç, 77. Semyon Bulqaru, 90+3.
Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (Qazaxıstan).
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).
Hakim-inspektor: Aleh Çikun (Belarus).
Bakı. "Dalğa Arena".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ən çox oxunanalar