Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm...”


Rusiya Dövlət Dumasının deputatı, özünün ermənipərəst fəaliyyəti ilə tanınan bədnam MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu həbsdən “şəxsən xilas etdiyini” deyib


Virtualaz.org xəbər verir ki, Zatulin bu haqda başçılıq etdiyi institutda keçirilən “Həmvətənlərə Rusiya vətəndaşlığının verilməsi” mövzusunda dəyirmi masada deyib. Həmin dəyirmi masa əslində martın 21-də keçirilib, lakin stenoqramını materik.ru saytı indi yayıb.

“Mən hələ Belarusun Rusiya vətəndaşını Dağlıq Qarabağa getdiyinə görə tutub Azərbaycana təhvil verməsindən danışmayacam. 90-cı illərdə biz Azərbaycanın sorğusu əsasında təhvil vermə ilə fəal məşğul olurduq. Mən Azərbaycana keçmiş prezident Ayaz Mütəllibovun təhvil verilməsinin qarşısını şəxsən almışam. Hansı ki, onu təhvil alıb orada həbsə atmağı çox istəyirdilər”-Konstantin Zatulin bildirib.

Xatırladaq ki, Ayaz Mütəllibov 90-cı illərin əvvəllərində Azərbaycandan qaçandan sonra Moskvada sığınacaq alıb. Onun tutulub təhvil verilməsinə dair Bakının tələbləri uzun müddət təmin edilməyib. Nəhayət Mütəllibov Azərbaycan rəhbərliyinin xoş məram nümayiş etdirməsi sayəsində ölkəyə qayıdıb. Ona eks-prezident statusu verilib, pensiya təyin edilib. Zatulinin Mütəllibovun təhvil verilməsini şəxsən necə əngəlləməsi barədə təfərrüatlar məlum deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar