Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin tezliklə Gürcüstan və Azərbaycan üçün hərəkətə keçəcək”


Rusiya prezidenti Vladimir Putinin aydın məqsədi var ki, 1721-1917-ci illərdə mövcud olmuş rus imperiyasının mümkün qədər çox hissəsində nəzarəti bərpa etsin


Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ-ın nüfuzlu Cato İnstitutunun baş elmi əməkdaşı, Qlobal İqtisadi İnkişaf İnstitutunun direktoru Riçard Ran (Richard W. Rahn ) “The Washington Times” qəzetində dərc edilmiş məqaləsində yazıb.

O, xatırladır ki, rus imperiyası əsasın keçmiş sovet respublikalarının, Şərqi Avropanın əksər ölkələrinin, Finlandiyanın və Alyaskanın ərazilərindən ibarət olub. “Cənab Putin bilir ki, ABŞ-ın növbəti prezidenti çətin ki, onun imperiyanın bərpasına yönəlmiş planlarına prezident Obama kimi qətiyyətsiz və həvəssiz reaksiya verərdi. O, hətta rus neftinə tələbatın azalması və qiymətlərin gözlənilmədən aşağı düşməsi ilə qarşılaşıb. Bu da Rusiyanın maliyyə rezervlərinin ciddi ölçülərdə azalmasına gətirib çıxarır. Deməli, Putinə təzyiqləri artırmaq üçün tələsmək lazımdır” Riçard Ran yazır.

“Əgər cənab Putin tezliklə  birbaşa və ya dolayısı formada Ukraynaya nəzarəti təmin etsə o, çox güman ki, tezliklə Belarusu və Moldovanı bilavasitə idarə etmək, daha sonra Gürcüstana və Azərbaycana keçmək üçün fəaliyyətə başlayacaq.Bu da ona Xəzər dənizi, neft-qaz kəmərləri üzərində nəzarəti təmin edəcək. Bu məqamda Putinin rusdilli azlığı qorumaq adı altında Baltik ölkələrinə müdaxiləyə başlamaq üçün yaxşı mövqeləri olacaq” müəllif bildirir.

Riçard Ran hesab edir ki, ABŞ özünü sülhməramlı rolda göstərməkdənsə tezliklə Ukraynanı silahla təmin etməli, öz ərazisində neft-qaz istehsalı üçün maneələri aradan qaldırmalı, Rusiyaya qarşı maliyyə sanksiyalarını gücləndirməlidir. Müəllifə görə Rusiyanın hərbi gücü elə də böyük deyil, ancaq onun böyük nüvə arsenalına malik olduğunu nəzərə almaq lazımdır. Riçard Ran Putinin ABŞ-ı radioaktiv külə çevirməyə qadir olan yeganə ölkənin Rusiya olduğu barədə bəyanatını da xatırladır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar