Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin devriləcəyi haqda deyilənlər real deyil”


Şahin Cəfərli: “Nə qədər ki, əhali arasında nüfuzu və güc strukturlarında dayaqları qalır, onu "QKÇP"yə bənzər hansısa saray çevrilişi ilə iqtidardan uzaqlaşdırmaq mümkün olmayacaq"


Qərb mətbuatında növbəti dəfə Putinin devriləcəyi iddiaları ilə bağlı yazılar yazılmağa başlayıb. Bu dəfə ABŞ-ın nüfuzlu “Forbes” jurnalı Kremldə Putini devirmək üçün plan hazırlandığı barədə sensasion məqalə dərc edib.

Virtualaz.org saytının xəbərinə görə, jurnal yazır ki, Putinin siyasətinin uğursuzluqları, iqtisadi siyasətin gətirdiyi fəlakət qorxusu, Krımı işğalı nəticəsində Rusiyanın üzləşdiyi embarqolar və itirdiyi milyardlar ölkənin gələcəyi ilə bağlı ümidsilik yaradır.

Məqalədə deyilir ki, Putin hakimiyyətinin sonunun yaxınlaşdığını çoxları düşünür, lakin bunun nə vaxt baş verəcəyi qaranlıq qalır. Seçilmiş prezident olaraq Putin ya postundan gedəcək, ya da fizik mövcudluğunu dayandıracaq.

Jurnalın məqaləsində Putinin mümkün varisinin məhz onun yaxın ətrafı ərəfindən seçiləcəyi, dolayısı ilə Rusiyada saray çevrilişi hazırlanacağı iddia olunur. Qeyd edək ki, bu cür iddialar ilk dəfə deyil ki, ortaya atılır. Ancaq indi, yəni Rusiya ətrafında “sakitliyin” hökm sürdüyü bir zamanda Putinin devriləcəyi xəbərlərinin dövriyyəyə buraxılması təsadüfi araşdırma nəticəsi ola bilməz. 

Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, vaxtaşırı Qərb mediasında yer alan bu tip yazılar, iddialar, ehtimallar vaxtaşırı Qərb mediasında yer alsa da, bunun real informasiya, yoxsa məqsədli dezinformasiya olduğunu müəyyənləşdirmək çox çətindir: “Ola bilər ki, Qərb xüsusi xidmət orqanlarının əlində Kremldə baş verənlərə dair məlumatlar var və bu məlumatlar zaman-zaman müəyyən məqsədlərlə mediaya sızdırılır. Yaxud da, bu tip dezinformasiya xarakterli yazıları qəsdən mediaya ötürərək Vladimir Putinin yaxın ətrafında qarşılıqlı şübhə və etimadsızlıq yaratmaq, eyni zamanda, bu informasiyaya veriləcək reaksiyaları yoxlamaq məqsədi də güdülə bilər”.

Ş.Cəfərli deyir ki, yazıda dəqiq olan məqamlar Rusiya iqtisadiyyatının hazırkı durumunun təsviri ilə bağlı olanlardır. Ekspertə görə, həqiqətən də Rusiyada iqtisadi tənəzzül qarşısıalınmaz mərhələyə qədəm qoyub və qlobal tendensiyalar onu göstərir ki, büdcə gəlirləri enerji ehtiyatlarının qiymətindən asılı olan dövlətləri, ən çox da Rusiyanı çox çətin günlər gözləyir. Lakin ekspert bu prosesin çevrilişə gətirəcəyini inandırıcı saymır: “İqtisadi böhranın dərinləşməsi və 90-cı illərdə olduğu kimi, əhalinin gündəlik həyatına ciddi şəkildə təsir göstərməsi Vladimir Putinin xalq arasında reytinqinin azalmasına gətirib çıxara bilər. Lakin hələlik Putinin ictimaiyyətdə dayaqları güclüdür və onun durumu ölkə iqtisadiyyatının vəziyyəti qədər pis deyil. Nə qədər ki, Putinin əhali arasında nüfuzu və güc strukturlarında dayaqları qalır, onu ”QKÇP"yə bənzər hansısa saray çevrilişi ilə iqtidardan uzaqlaşdırmaq mümkün olmayacaq".

Ş.Cəfərliyə görə, indi əsas sual Putinin növbəti seçkilərə qatılıb-qatılmaması ilə bağlıdır. Ekspertin fikrincə, Putinin seçkidə iştirak qərarına bir çox amil, o cümlədən dünya enerji bazarındakı durum və bunun Rusiya iqtisadiyyatına təsirlərini, eləcə də Ukrayna məsələsi təsir edəcək: “Şübhə yoxdur ki, enerji ehtiyatlarının qiymətlərinin aşağı həddə qalması və daha da aşağı düşməsi Rusiya iqtisadiyyatında kollapsa səbəb ola bilər. Neftin qiymətlərinin yaxın bir neçə il ərzində ciddi yüksəlməsi gözlənilmir, bunu artıq neft ölkələrinin rəhbərləri də etiraf edirlər. İranın hələ bazara daxil olmadığı nəzərə alındıqda, bunun baş verməsindən sonra qiymətlərin daha da düşəcəyi hamıya aydındır. Belə vəziyyətdə, 2018-ci ilin martında keçiriləcək seçkilərə qədər Rusiyada sosial-iqtisadi durumun ağırlaşacağını proqnozlaşdırmaq üçün iqtisadçı ekspert olmağa ehtiyac yoxdur. Donbas probleminin həllində əldə olunacaq kompromis Rusiya iqtisadiyyatına müəyyən qədər nəfəs aldıra bilər. Məlum olduğu kimi, hazırda Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qüvvədədir və Qərbin maliyyə bazarları Rusiyanın üzünə bağlıdır”.

Bundan başqa ekspertə görə, Ukraynadakı vəziyyətdə böyük ölçüdə Rusiyadakı siyasi proseslərə təsir edəcək: “Ukrayna məsələsində ciddi irəliləyiş əldə olunarsa, sanksiyaların bir hissəsi götürülə və Rusiya şirkətləri yenidən Qərbdən maliyyə cəlb etmək imkanı əldə edə bilərlər. Bunun nəticəsində sosial-iqtisadi ağırlaşmanın qarşısını müəyyən dərəcədə almaq mümkündür. Lakin Donbasda sülhün hansı şərtlərlə əldə olunacağı hələlik qaranlıq olaraq alır. Putin bu məsələdə o qədər dərinə gedib ki, indi geri çəkilə bilmir. Bir ildən çoxdur aparılan güclü təbliğat nəticəsində Ukraynada faşistlərin hakimiyyətə gəldiyi və onların ölkənin şərqində rusları və Rusiya tərəfdarlarını məhv etməyə çalışdığı barədə ölkədə ictimai rəy yaradılıb. 

Ukraynadan hər hansı ciddi güzəşt qoparmadan bu məsələdə geri addım atılması Putin üçün psixoloji çətinlik yaradır, bunu ölkə ictimaiyyətinə izah etmək də çətin olar. Digər variant - Donbasda gərginliyi davam etdirmək, hətta Ukrayna ordusunun mövqelərinə yeni hücumlar və yeni ərazilər ələ keçirmək cəhdləri isə mövcud sanksiyaların qalması, yeni sanksiyaların tətbiqi, Qərblə ”soyuq müharibə"nin davam etməsi mənasına gələr ki, bu da fəlakət ssenarisi deməkdir. Odur ki, Putinin taleyinin müəyyən mənada Ukraynadakı proseslərdən asılı olduğunu söyləmək mümkündür. O da istisna deyil ki, ölkədə çıxılmaz vəziyyət yaranarsa, Putinin yaxın ətrafı, o cümlədən iri holdinq və korporasiyaların rəhbərləri onu yenidən namizəd olmamağın ölkə və şəxsən onun özü üçün faydalı olduğuna inandıra bilərlər. Yəni, Rusiyada əgər bir dəyişiklik olacaqsa, fikrimcə, bunun da Putinin qərarı ilə gerçəkləşməsi ehtimalı daha yüksəkdir, nəinki onun zorla uzaqlaşdırılması variantı". 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ən çox oxunanalar