Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” klubunun rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib


Qurban Qurbanov: “Müdafiə Nazirliyi tərəfindən razılıq olsa, hərbçilərimizin yanına getməyə hazırıq”


“Qarabağ” futbol klubunun rəhbərliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunmuş yürüşlə Şəhidlər Xiyabanını ziyarət edib.

“Report”un məlumatına görə, tədbirdə klubun baş direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, həmçinin komandanın futbolçusu, şəhid Ərşad Nadirovun oğlu Vüqar Nadirov iştirak edib.

Onlar şəhidlərin məzarları önünə qərənfillər düzərək, ehtiramlarını ifadə ediblər.
Ə.Çəlikəl jurnalistlərə açıqlamasında belə ağır gündə birlik nümayiş etdirmək üçün ziyarətə qatıldıqlarını bildirib: “Ağır gündür, soyqırım günüdür, çox üzüldüyümüz gündür. Lakin belə günlərdə birgə olmaq lazımdır. Biz də bunun üçün, birliyimizi, gücümüzü göstərmək üçün buradayıq”.

Q.Qurbanov da şəhidlərə başsağlığı verib: “Əlbəttə, bu, heç birimizə xoş olan gün deyil. Bu qədər ana-bacılarımız, qardaşlarımız bizim xoşbəxt olmağımız üçün canlarından keçiblər. Həqiqətən də bu gün bizim üçün ağırdır. Amma hazırda heç nə edə bilmərik, yalnız dualarımızla onlara kömək edə bilərik. Ən azı onları yad etmək üçün bura gəlmişik. Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbr versin. Məncə, çox danışılacaq bir gün də deyil”.
Baş məşqçi səngərdəki əsgərlərə də baş çəkməyə hazır olduqlarını vurğulayıb: “Dəfələrlə demişəm ki, biz həmişə cəbhədəki əsgərlərimizin yanındayıq. Həmişə hər birimiz qarşımızdakı vəzifəni yerinə yetirməyə çalışmışıq. Onlar hamımızdan artıq, ağır yükün altındadırlar. Yanlarında nadir hallarda ola bilərik. Bizim dəstəyimiz “Qarabağ” komandasını daha yaxşı səviyyəyə çatdırmaq, ölkə xaricindəki az da olsa, kiçik uğurlarımızla onlara kömək olmaq, daim onların yanında olmaq. Hər hansı problem yaranarsa, Müdafiə Nazirliyi tərəfindən razılıq olsa, hərbçilərimizin yanına getməyə həmişə hazırıq. Yəqin ki, bunu edəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar