Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukraynadakı ssenari Azərbaycanda həyata keçirilir“


İqtidar siyasi hədəflər üçün xaricdən gələn qrant axınının qarşısını almağa başlayıb, Əli Hüseynlinin isə Rusiya efirində Amerikanı tənqid etməsi USAİD-lə yollarını ayırıb


Eynulla Fətullayev: “Ukraynadakı ssenari Azərbaycanda həyata keçirilir, bu da hökuməti narahat etməyə bilməz” 

Azərbaycan hökuməti müstəqil, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarına qarşı müharibə elan edib. İqtidarın QHT-lərə qarşı bir neçə cəbhədən açdığı savaş bu təşkilatları ağır situasiya ilə üz-üzə qoyub. Hakimiyyət onları bir-bir sıradan çıxarmaq, bank hesablarını dondurmaq xəttini seçib. 

Üstəlik, beynəlxalq donor təşkilatları ilə işləyən QHT-lərdən savayı, özünə yaxın olan qurumların da fəaliyyətini təftiş edir. Buna nümunə kimi deputat Əli Hüseynlinin Hüquqşünaslar Konfederasiyasına USAİD-dən ayrılan qrantların dayandırılmasını göstərmək olar. USAİD heç bir izahatsız layihənin fəaliyyətinə xitam verib. Hətta Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası bu layihənin dayandırılmasına görə 15 min dollar ziyana düşüb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hesabı dondurulub, iqtisadçı Azər Mehtiyev əməkdaşlıq etdiyi OXFAM-ın maliyyə fəaliyyətinin yoxlanılmasına görə Baş Prokurorluğa dəvət olunub. Son həftələr davam edən bu proses və müşahidələr deməyə əsas verir ki, iqtidar mətbuatdan, partiyalardan sonra QHT-lərlə haqq-hesab çürütmək qərarına gəlib. 
Bəzi təhlilçilərin sözlərinə görə, bu, Qərbdən gələn qrant kapitalının qarşısını almağa hesablanmış bir siyasətdir. Çünki buna qədər Qərbin Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə xudahafizləşiblər. 

Artıq Norveç İnsan Haqları Evi, Milli Demokratiya İnstitutu, “Freedom House”, “Amnesty İnternational” kimi nüfuzlu beynəlxalq qurumların Bakıda ofisləri yoxdur. Beynəlxalq Respublikaçılar İnstitutu, İFES də artıq Azərbaycanda fəaliyyətini dayandırıb. Vəziyyət o həddə çatıb ki, bir qrup QHT rəhbəri ölkə rəhbərinə müraciət edib. 

“Əslində nə baş verir” sualını cavablandıran araşdırmaçı-jurnalist Eynulla Fətullayev deyir ki, görünən bir proses gedir. Bu prosesin nədən ibarət olduğunu açıqlayan E.Fətullayevin sözlərinə görə, post-sovet məkanında, “məxməri inqilab”ın olduğu, xaos hökm sürdüyü ölkələrdə QHT-lər xarici dövlətlərdən maliyyələşib: “Ukraynada 4 min QHT yaradılmışdı və Amerika proqramlar həyata keçirirdi. Eyni ssenari Azərbaycanda həyata keçirilir. Ölkəyə 100 milyona yaxın qrant müxtəlif fondlardan keçirilib. Bu da hökuməti narahat etməyə bilməz. Analoji fakt Türkiyədə, Fransada, Britaniyada olsaydı onların da hökumətlərində narahatlıq doğurardı. Çünki xaricdən ölkəyə pul daxil olur və bu davamlı xarakter alır. İstənilən halda bu, Fransa ya İngiltərədə olsaydı, dərhal hüquq-mühafizə orqanları, Maliyyə Nazirliyi araşdırmağa başlayacaqdı. Sadəcə, uzun illər Azərbaycanda bu sahədə boşluq olub. 

Dövlətin təcrübəsizliyi, beynəlxalq praktikanı mənimsəyib tətbiq edə bilməməyi bura gətirib çıxarıb. Məsələn, Türkiyədə 10 ildən çoxdur belə bir praktika var. Təşkilata xaricdən 3 mindən çox maliyyə vəsaiti daxil olanda Daxili İşlər Nazirliyi bunu araşdırır. Bu o demək deyil ki, QHT-lər xaricdən qrant ala bilməz. Sadəcə, öyrənilir ki, bu pul hansı hədəflərə nail olmağa hesablanıb".  

Jurnalist deyir ki, MDİ 3,5 milyon dollar pullu vətəndaşların siyasi proseslərə cəlb edilməsi üçün ayırıb: “Facebook inqilabı haqda çox yazılıb, təkrara ehtiyac yoxdur. Ancaq hansı vətəndaşların siyasi proseslərə cəlb edilməsindən söhbət gedir? Ümumiyyətlə postsovet məkanında yaranmış boşluqlar xarici dövlətlərə zəmin yaratmışdı. Mən xarici müdaxilənin əleyhinəyəm. Ona görə də deyirəm ki, dövlətin təcrübəsizliyi nəticəsində uzun illər Azərbaycana daxil olan qrantlara lazımi səviyyədə nəzarət olunmayıb. Xaricdən qrant alan QHT-nin və bu layihənin siyasi məqsədi nədirsə ona baxmaq lazımdır”. 

E.Fətullayev USAİD-in ayırdığı qrantların dayandırılmasını belə ehtimal edir: “Həmin yardım müxalifyönlü təşkilatlara ayrılıb. Amma onun 1 milyon, 500 mini deputat Əli Hüseynlinin təşkilatına verildi. Mən belə güman edirəm ki, Əli Hüseynli Rusiya efirində Amerikanı tənqid etdiyi üçün layihə dayandı”. 

M.Qəhrəmanlının təşkilatının bank hesabına həbs qoyulmasını isə E.Fətullayev hüquq müdafiəçisi Leyla Yunusla əlaqələndirir: “Belə şübhələr var ki, Leyla Yunus Mirvari xanımın bank hesabından istifadə edir. Bilirsiniz ki, Leyla Yunus istintaq altındadır. Bura Mirvari Qəhrəmanlıya aid bir iş yoxdur. Sadəcə, qeydiyyatı olmayan təşkilatların qeydiyyatdan keçmiş təşkilatların bank hesablarından istifadəsi halları mövcuddur. Ona görə də dövlət nəzarətə başlayıb, çoxlu sayda bu sahədə qanun pozuntuları var, onları araşdırır”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar