Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xaricdə dini təhsil qanunla tənzimlənməlidir“


İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qum şəhərinə gələrək Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru Əlirza Əarafi ilə görüşüb


PİA.AZ xəbər verir ki, bu barədə Azvision.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

M.Qurbanlı deyib ki, gənclərin xaricdə dini təhsil almaları qanunla tənzimlənməlidir.

Azərbaycanda da gənclərə dini təhsil verildiyini deyən M.Qurbanlı Bakıda İslam Universitetinin, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsinin fəaliyyəti barədə məlumat verib.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında danışan Ə.Əarafi deyib ki, Əl-Mustafa Universitetində 30 min tələbə təhsil alır. Universitet Avropanın ali təhsil ocaqları ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Burada gənclər dini təhsillə yanaşı, dünyəvi elmləri də öyrənirlər. Müasir dünyada çox gərgin proseslərin baş verdiyini diqqətə çatdıran Ə.Əarafi qeyd edib ki, elmi və düşüncəsi zəif olan gənclər təbliğata uyaraq radikal dini qruplaşmalara qoşulurlar. Belə halların qarşısını qarşılıqlı əməkdaşlıqla və gənclərə səviyyəli elm öyrətməklə almaq olar.

Görüşdə dini təhsillə bağlı İranda və Azərbaycanda fəaliyyət göstərən müvafiq təhsil müəssisələri arasında əlaqələrin yaradılması, tələbə və müəllim mübadiləsi haqqında müzakirələr aparılıb.

Sonra M.Qurbanlı Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb, fikirlərini dinləyib və dini təhsillə bağlı Azərbaycanın qanunvericiliyi haqqında məlumat verib.

Mübariz Qurbanlı Qum şəhərində İranın tanınmış din xadimi, islamşünas alim (müctəhid) Cəfər Sübhani ilə də görüşüb. Görüşdə İslam alimlərinin elmi düşüncələri (fətvaları), radikal dini cərəyanlarla ideoloji səviyyədə mübarizə metodları və digər məsələlər müzakirə edilib.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin İrandakı nümayəndəsi Şamil Rəsulov da iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar