Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadının ittiham olunduğu maddə yüngülləşdirilib

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib...

APA xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində-fizioloji affekt vəziyyətində olub, öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.

Bundan sonra prokurorluq tərəfindən Ə. Məmmədovanın əməli Cinayət Məcəlləsinin 122.1-ci maddəsinə tövsif edilib və barəsində ittiham aktı tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan bacısı işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmasını istəyib. Bildirilib ki, ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsə natamam və anlaşılmaz ittiham irəli sürülüb, tərtib edilmiş ittiham aktı Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olub.

Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair vəsatət verib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses aprelin 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. İmanov Ağahüseyn Hüseynağa oğluna həyata yoldaşı 34 yaşlı Məmmədova Əfsanə İlham qızı tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Ən çox oxunanalar