Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İranın İsfahan əyalətinin Kaxcavaristan şəhərində partlayış baş verib...

Poliqon xəbər verir ki, İsfahandakı partlayışla bağlı xəbəri İranın “Fars” Agentliyi yayıb. Amerikanın ABC News telekanalının məlumatına görə, İsrail İrandakı obyektə raket zərbəsi endirib.

Hücumun hədəfinin kim olduğu hələlik məlum deyil, itkilər barədə də məlumat yoxdur. Reuters Agentliyi hava hücumundan müdafiə sisteminin İsfahan vilayətində işə düşdüyünü təsdiqləyib. Kexcavaristandan bir qədər aralıda hava limanı və İran Hərbi Hava Qüvvələrinin 8-ci “Şəkəri” bazası yerləşir.

Agentliyin məlumatına görə, İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb. AFP xəbər verir ki, İran bir neçə şəhər üzərində hava hücumundan müdafiə sistemini işə salıb.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə İsrail ərazisinə 300-dən çox pilotsuz təyyarə və raket buraxılıb. İran bunu aprelin 1-də Dəməşqdəki konsulluğuna edilən hücuma cavab adlandırıb. İsrail hədəflərin 99%-dən çoxunu ələ keçirdiyini iddia edib.

Aprelin 17-də “The Jerusalem Post” qəzeti yazıb ki, İsrail hakimiyyəti İranın zərbəsinə cavab qərarı verib, lakin təfərrüatları açıqlamayıb.

İran hücuma məruz qalacağı təqdirdə İsrailin nüvə obyektlərinə hücum edəcəyi ilə hədələyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar