Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

4G rouminq xidməti təklif edən ilk və yeganə mobil operator - Bakcell


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib


2015-ci ilin may ayında smartfonlara uyğunlaşdırılmış LTE xidmətini istifadəyə verən Bakcell şirkəti hazırda Azərbaycanda abunəçilərə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur.
 
Belə ki, Bakcell abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq.
 
Bakcell 4G rouminq xidmətinin mövcud olduğu ölkələrin və operatorların siyahısı:
 
N
Ölkə                                          Operator
1.ABŞ                                      AT&T network
2.Belçika                                  Belgacom Proximus
3.Çexiya Respublikası                       Vodafone
4.Yunanıstan                               Vodafone Panafon
5.İrlandiya                                 Vodafone
6.İtaliya                                   Vodafone
7.Portuqaliya                               Vodafone
8.Rumınya                                   Vodafone
9.Rusiya                                  MTS, Megafon
10.Cənubi Afrika                             Vodafone
11.İspaniya                                  Vodafone
12.Niderland                                 Vodafone
13.Böyük Britaniya                           Vodafone
14.Cənubi Koreya                           Korea KT Corporation  
 
Eyni zamanda Bakcell Azərbaycanda yeganə mobil operatordur ki, yuxarıda qeyd olunan ölkələrdən Azərbaycana səfər edənlərə 4G LTE rouminq xidməti göstərir. Bu xidmət birinci Avropa Oyunlarının keçirildiyi müddət ərzində ölkəmizə səfər edənlər arasında xüsusilə populyar olub və çoxsaylı xarici qonaqlar Bakcell tərəfindən təqdim olunan 4G mobil interneti barədə məmnun olduqlarını bildiriblər. Birinci Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər.
 
“Bu gün Azərbaycan mobil operatorları arasında yalnız Bakcell abunəçiləri 4G rouminq xidmətindən faydalana bilərlər və Azərbaycanda 4G xidmətindən faydalanmaq istəyən xarici operatorların abunəçiləri Bakcell şəbəkəsini seçə bilərlər. Hazırda bu xidmət Azərbaycandan kənarda istirahət edənlər və ya ezamiyyətdə olan korporativ abunəçilərimiz arazında sürətlə populyarlaşır. Bakıda 4G xidmətinin əhatə dairəsini genişləndirməklə yanaşı biz abunəçilərimizə LTE xidmətini təqdim edən ölkələrin sayını da artırırıq” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
 
Hazırda Bakcell abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.
 
Xarici səfərdə olan abunəçilər Bakcell Rouminq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin partnyorların siyahısı barədə məlumat da həmçinin Bakcell rouminq applikasiyasından əldə oluna bilər.
 
Bakcell Rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün:  http://www.bakcell.com/az/bakcell-rouminq-app
***
Bakcell haqqında
 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
 
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
 
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 
 
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar