Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8500 boş iş yeri təklif edildi


Bu gün Astara Rayon Mərkəzi Kitabxanasında ənənəvi əmək yarmarkası keçirildi


Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Kamil Həsənov, Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürov və başqaları ölkəmizdə yoxsulluğun azaldılması və yeni iş yerlərinin açılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdən danışdılar. İşaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyəti yüksək qiymətləndirildi.

Qeyd olundu ki, fəal məşğulluq tədbirləri çərçivəsində indiyədək respublikamızın 35 şəhər və rayonunda ənənəvi əmək yarmarkaları keçirilib. 1000-ə yaxın idarə, müəssisə təşkilatın iştirak etdiyi əmək yarmarkalarında işaxtaran vətəndaşlara 8500 boş iş yerləri təklif edilib, işlə təmin olunmaq məqsədilə 2700 nəfərə göndəriş vərəqəsi verilib.

Əmək yarmarkalarında, həmçinin 300 nəfər peşə hazırlığı kurslarına, 200 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Bildirildi ki, Astarada keçirilən bugünkü əmək yarmarkasına isə rayonun 23 idarə, müəssisə və təşkilatlarından 185 boş iş yeri çıxarılıb. Bunlardan 16-sı dövlət, 7-si özəl təşkilatlardır.

Təklif olunan boş iş yerlərindən 112-si qulluqçu, 73-ü fəhlə peşəsinə aiddir.

Əmək yarmarkasında işə düzəlmək məqsədilə 63 nəfər işaxtarana göndəriş vərəqəsi verildi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar