"Biz İŞİD-i yox etmək və İranı geri çəkdirmək üçün İraq dövlətini bütöv görmək istəyirik"
İraq Kürd Muxtariyyətinin müstəqilliklə bağlı keçirdiyi referenduma ABŞ-dan da rəsmi reaksiya verilib.
Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada İraqın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanıb: "ABŞ İraqın ərazi bütövlüyündən yanadır. Biz bütöv İraqın İŞİD-i yox etməsinə ümid edirik".
Ağ Evdən o da bildirilib ki, ABŞ İŞİD-i yox etmək və İranı geri çəkdirmək üçün bölgədə parçalanmış deyil, birləşmiş bir İraq dövləti görmək istəyir.
pia.az