Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada icra başçısının qohumları camaatı təhqir etdi


Məhərrəm Quliyev mühafizəçilərinin sayını artırıb, İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qurbanov isə əhalinin ayağına gedərək onları sakitləşdirməklə məşğuldur


Asğstafada vəziyyət gərginləşib. Buna səbəb rayonun icra başçısı Məhərrəm Quliyevin yaxın qohumlarının yerli əhalini təhqir etməsi göstərilir. 

PİA.AZ bildirir ki, bu barədə rayondan məlumat verilib. 

Məlumatda deyilir ki, M.Quliyev xeyli müddətdir yerli İcra Hakimiyyətindəki mühüm postlara özünün qohumlarını gətirməyə çalışır. Lənkənardan rayona çağırılmış və İcra Hakimiyyətində yer verilmiş həmin şəxslər isə heç nəyin fərqinə varmadan, bildikləri kimi davranır. Eyni zamanda, şikayət üçün onlara üz tutan ağstafalıları təhqir etməkdən belə çəkinmirlər. 

Məlumat verən adının çəkilməsini istəməyən mənbə bildirir ki, Məhərrəm Quliyevin qohumlarının bu hərəkəti rayonda böyük qəzəblə qarşılanıb. Təhqir məsələsi ilə bağlı xəbər isə qısa müddətdə rayona yayılıb. İş o həddədir ki, insanlar İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, icra başçısının rayondan çıxıb getməsini tələb etməyə hazırlaşırlar. 

Məlumatda o da qeyd olunur ki, Məhərrəm Quliyev məsələdən xəbər tutduqdan sonra qohumlarını tənbeh etmək əvəzinə, özünün mühafizəsini gücləndirməyə başlayıb. Hətta ona bu işdə rayondakı bütün tenderləri «udan» həmkəndlisi Məlik yardımçı olur. 

Eyni zamanda, o da məlum olub ki, icra başçısı ilə ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlar ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov arasındakı mübahisəli vəziyyət yaranıb və tərəflər arasındakı münasibətlərdəki gərginlik pik həddinə çatıb. Daha doğrusu, Məhərrəm Quliyevin qohumlarının ağstafalıları təhqir etməsindən sonra Qurbanov icra başçısını ittiham edib. 

Redaksiyamıza daxil olan məlumata görə, iş artıq nəzarətdən çıxmağa başlayıb. Hələlik Şaiq Qurbanov camaatla danışığa gedərək, onları sakitləşdirmək istəyir. «Bizi təhqir edənlərə irad bildirəndə deyirlər ki, başçının qohumlarıdırlar və arxalarında da Məhərrəm durur. Siz kimsiniz? Özlərindən 30 yaş böyük işçiləri təhqir edir, əmrlə danişirlar. Biz ağstafali gənclər bu vəziyyətdən bezmişik. Nə qədər kölə kimi yaşamaq olar? Hansısa biri icra başçısının qohumu olduğuna görə, təhqir edə və bu cəzasız qala?»

Qeyd edək ki, hələ bir neçə il bundan əvvəl Quba və İsmayıllı rayonlarında da buna bənzər olaylar baş vermişdi. Həmin vaxt icra başçısı və oğlu əhalini təhqir etdiyinə görə üsyanla üzləşmişdilər. Hər iki rayonda baş verənlərdən sonra əksər rayonlarda xüsusi önləmlər alınmışdı. Ki, görünür bütün bunlar Ağstafanın icra başçısı Məşhərrəm Quliyevə çatmayıb. Əgər onun rəhbəri olduğu rayonda Quba və ya İsmayıllı olayları yaşanarsa, bu, Ağstafa ilə yekunlaşmayacaq və proses digər rayonlara da keçəcək. Həmçinin M.Quliyev bunun məsuliyyətini də dərk etməyən icra başçısı kimi diqqəti çəkir. (jam.az)




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar