Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz supermarketində şok oğurluq – TƏFƏRRÜAT


Bakıda Araz Supermarketlər Şəbəkəsinin “Azadlıq” prospektindəki filialında müştərinin çantası mühafizəçilərin gözü önündən oğurlanıb


Bu barədə AZXEBER.COM-a müraciət edən Bakı şəhər sakini Orxan İsgəndərov adlı vətəndaş söyləyib. O müraciətində marketin saxlama rəfinə qoyduğu çantasının mühafizəçilərin gözü önündən oğurlandığını deyib:

“Bu marketə ilk dəfə daxil olanda mənə xəbərdarlıq etdilər ki, çantamı xüsusi əşyalar üçün nəzərdə tutulmuş rəfə qoyum. Mən də belə etdim. Amma rəfin heç birinin açarı yox idi. Mənim tərəddüt etdiyimi görəndə isə market işçiləri mənə bütün əşyaların nəzarətdə saxlanıldığını və qorxulu heç bir şeyin olmadığını dedilər. Ötən gün də hər zamankı kimi marketə girdim. Təxminən saat 8-ə işləmiş mən öz çantamı rəfə qoydum. On dəqiqə sonra isə marketdən çıxanda çantamın yerində olmadığını gördüm”.

Şikayətçi deyir ki, o marketin mühafizəçilərinə çantasının oğurlanması ilə bağlı məlumat versə də, onlar məsuliyyəti öz üzərlərindən atıblar:

“Mən mühafizəçiyə yaxınlaşaraq, çantamın oğurlandığını söylədim. Mənə “qorxmayın biz bütün əşyaları nəzarətdə saxlayırıq” deyənlər, indi isə mənə “bizlik bir şey yoxdur” deyib çiyinlərini kənara çəkdilər. Polisə müraciət etdim və marketin müşahidə kameralarına baxış keçirildi. Aydın oldu ki, sən demə mənim çantamı bir qadın götürüb. O rəfin qapısının açıq olduğunu görüb, nəzarətsiz qalan çantanı götürüb”.

Şikayətçinin sözlərinə görə onun çantasında sənədləri və “noutbook”u olub.

Hazırda faktla bağlı Binəqədi RPŞ-də cinayət işi qaldırılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar