Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılı İsa Qəmbərin qardaşını da Müsavatdan çıxarıb?


Rövşən Qəmbər Almaniyadan yeni başqana müraciət göndərdi


Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər partiyanın hazırkı başqanı Arif Hacılıya müraciət edib.

APA-nın məlumatına görə, o, sosial şəbəkədə yaydığı müraciətində partiyadan çıxarıldığını, lakin bu barədə ona məlumat verilmədiyini qeyd edib. R. Qəmbər partiyadan hansı səbəbdən çıxarılmasına indiyə kimi aydınlıq gətirilmədiyini də bildirib: “Müsavat Partiyasının qurultayında mənə on dəqiqəlik çıxışıma imkan yaranmadı və hətta partiyadan çıxarıldığım mesajla yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi. Bir daha bilmək istəyirəm, nə zaman siz və mən Skayp və ya WhatsApp ilə danışaraq mənim Müsavat Partiyasının üzvü olmağıma aid, təzadlı vəziyyətin aydınlaşmasına aid, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma cavab ala bilərəm?”

Müsavata başqanının müavini Gülağa Aslanlı isə açıqlamasında deyib ki, R. Qəmbərin qurultaydan əvvəl də belə bir müraciəti olub: "Bu məsələ qurultaydan əvvəl Divanda müzakirə olunub və ona 2009-cu ildə partiyadan öz ərizəsi ilə çıxarılması haqqında məlumat verilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar