Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimovu kim əvəzləyəcək? - Sürpriz namizəd

Gənclər və idman naziri Azad Rəhimov vəzifəsindən kənarlaşdırıla bilər. Cənclər naziri olmaq üçün yaşı artıq çox olan (hazırda onun 46 yaşı var) Rəhimov Rio-2016 olimpiadasından sonra da xeyli tənqidlərə tuş gəlmişdi


Olimpiya yığmamızın yalnız son anda qızıl medal alması nəticəsində daha pis nəticədən xilas olması "Rio fiaskosu" ilə bağlı tənqidlərin dozasını nisbətən azaltsa da, 10 ildir gənclər və idman naziri tutan A.Rəhimovun əvəzlənməsi barədə əksəriyyət həmfikirdir.

Bu barədə Qaynarinfo.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, hazırki gənclər və idman nazirinin yerinə potensial namizəd də məlumdur. İddiaya görə, bu, 37 yaşlı Fuad Muradovdur. 

2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilən Fuad Muradov ötən il üçüncü dəfə dalbadal deputat mandatı qazanıb. 

O, hazırda parlamentin məhz Gənclər və idman komitəsinə rəhbərlik edir. Halbuki bundan əvvəlki çağırışda Muradov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü idi. 

İddialara görə, bu ilin sonunadək Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu sentyabrın 26-da keçirilən referendumda konstitusiya edilən dəyişikliklərlə əlaqələndirilir.

İstisna olunmur ki, yeni parlament seçkiləri keçiriləcəyi təqdirdə bəzi indiki millət vəkillərini parlamentdə deyil, hökumət kabinetində görə bilərik. 

Ehtimal ki, bu iddialar gerçəkləşəcəyi təqirdə deputat mandatı nazir postu ilə əvəzlənənlərdən biri də məhz F.Muradov olacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar