Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kimin ədalətinə sığınmalıdır?


“3 günlük müharibə”nin açıq qalan əsas sualı


Rusiya və Qərb Qarabağ məsələsində fərqli geosiyasi maraqlar güdsə də, işğalçıya dözümlü yanaşma qalır; kimin ədalətinə sığınmalı - yaxın imperialist qonşunun, yoxsa uzaq “demokratiya beşiyi”nin?...

Bu ayın əvvəllərində Qarabağ konflikti zonasında yaşanan və hamının həyəcanla izlədiyi “3 günlük müharibə” cavabları hələ də açıq qalan bəzi yeni suallar doğurdu. Onlardan biri də problemin həllində birgə vasitəçiliyə məhkum edilmiş Rusiya ilə Qərbin (ABŞ, Fransa) bundan sonra hansı formada əməkdaşlıq edəcəyi ilə bağlıdır.

Şübhəsiz, hər iki qlobal güc mərkəzinin münaqişədə güddüyü geosiyasi maraqlar fərqlidir, hətta indi heç vaxt olmadığı qədər bir-biri ilə diametral ziddiyyət təşkil edir. Ancaq ortaq nüanslar da az deyil. Əfsuslar olsun ki, bu oraqlıqlar ilk növbədə Azərbaycanın ziyanınadır və problemin ədalətli həllinə deyil, uzanmasına xidmət edir. 

Biri elə münaqişənin çözümünə yanaşmada hər iki güc mərkəzinin beynəlxalq hüququn normalarına münasibətdə biganəliyi, ikili münasibəti, işğalçıya dözümlü yanaşması. Söhbət təkcə həmsədr dövlətlərin yanaşmasındanmı gedir? Yenə də əfsuslar olsun ki, yox.

Məsələn, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi (ÜİRÖM) bu yaxınlarda rusiyalıların Qarabağ münaqişəsi zonasında vəziyyətdən rusiyalıların nə dərəcədə məlumatlı olduğu, habelə konfliktin həlli və separatçı ərazi haqda nə düşündükləri ilə bağlı rəy sorğusu keçirib. Musavat.com-un məlumatına görə, bəlli olub ki, cəbhə xəttindəki son qarşıdurmalardan respondentlərin 45 %-i tam bilgili imiş. Onların arasında yaşlı əhali üstünlük təşkil edir. 

Rəyi soruşulanların 24%-i Dağlıq Qarabağın “müstəqil dövlət”, 9%-i Azərbaycanın, 11%-i isə Ermənistanın tərkib hissəsi olduğunu söyləyib. Respondentlərin yarıdan çoxu isə (53%) regionun kimə mənsubluğu ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. Rəyi soruşulanların 56%-i problemin dinc yolla həllinin mümkün olduğunu düşünür.

*   *   *

Təbii ki, rəqəmlər həm də AzərbaycanErmənistanın Qarabağ məsələsinə xarici siyasətdə nə dərəcədə önəm verdiyini inikas etdirir. Ancaq maraqlısı həm də başqa şeydir: görəsən, digər iki həmsədr ölkənin - ABŞ və Fransanın vətəndaşları konflikt barədə nə fikirləşirlər? 

Söyləmək çətin olsa da, bir şey dəqiqdir ki, hər üç həmsədr dövlət Azərbaycanın ərazi bütövlüyü məsələsinə özlərininkinə yanaşdığı qədər ciddi yanaşmır. Nə onun Rusiyası, nə də bel bağlamaq istəyimiz Qərbi - Amerikası və Avropası xristian olduğu üçün daha çox Ermənistana ürək qızdırır, bu ölkənin işğalçı olduğunu əsla yada salmaq istəmir. 

ABŞ-ın Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Meytu Brayzanın “Vestnik Kavkaza” nəşrinə son müsahibəsi buna şəkk-şübhə yeri saxlamır. BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinin taleyindən danışan keçmiş diplomat bu sənədlərin təşkilatın həyata keçirilmə mexanizmi olmayan digər bir sıra sənədləri kimi arxivə atılmasını təəssüf hissi ilə vurğulayaraq görün nə deyir: “Bütövlükdə BMT TŞ-nin bir çox qətnamələri yerinə yetirilməmiş qalır. Ancaq Qarabağ qətnamələrinin reallaşmamasının özəl səbəbləri də var. Bu səbəblər sırasında öncə dünyadakı erməni lobbisinin Azərbaycanı ”işğalçı", Ermənistanı isə “işğala məruz qalan tərəf” kimi təqdim eləməyə yönəlik fəaliyyətidir".

Qəribə məntiqdir. Erməni lobbisi ağzına gələni danışacaq, Amerika da o boyda BMT-nin sənədlərinə, oradakı faktlara, yaxud heç olmasa xəritəyə yox, erməni lobbisinə inanacaq? Bəs ABŞ kimi qüdrətli dövlətin kəşfiyyatı, Mərkəzi Kəşfiyyat İdarəsi, Prezident Yanında Milli Təhlükəsizlik Şurası necə olsun? Oralarda da Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun erməni işğalçı qüvvələri tərəfindən işğal edildiyini bilmir? 

Əlbəttə ki, bilirlər. Əks halda, də hər il ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan haqlarının durumu ilə bağlı hazırladığı hesabatların Azərbaycan bölümündə Dağlıq Qarabağ və 7 rayon işğal altındakı ərazilər kimi təqdim edilməzdi. İndi bundan da güclü, ilginc fakt? Amma kimə deyirsiniz? Suveren bir ölkənin ərazisinin 20 faizinin üçüncü on illikdir ki, işğal altına olmasına Qərbin də susqun münasibəti davam edir. 

Problemə Birləşmiş Ştatların da ciddi yanaşmadığını, daha doğrusu, erməni diasporunun təsiri altında olduğunu göstərən daha bir əcaib arqument var. Brayzanın dediyinə görə, hazırda Vaşinqton qətnamələrin yerinə yetirilməsi və işğalçı qüvvələrin çıxarılmasında ona görə təkid eləmir ki, guya dinc nizamlanmanın nəticələrini gözləyir. Sitat: “Amerikanın BMT TŞ-nin 4 qətnaməsi ilə bağlı mövqeyi belədir ki, onların reallaşması diplomatik nizamlanma əldə olunan kimi həyata keçəcək. Mən hesab edirəm ki, ABŞ sülh danışıqlarında irəliləyiş olması üçün danışıqlarda hətta prezident Barak Obama və dövlət katibi Con Kerrinin iştiraklı da daxil, siyasi səyləri gücləndirməlidir”.

Yenə məntiq əcaib görünür. Bəs Ukrayna, Krım məsələsində niyə Birləşmiş Ştatlar Rusiyaya qarşı dərhal hərəkətə keçdi, Moskvaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq elədi və edir? Rusiya ki, Krım bir ayna, heç Şərqi Ukraynadan çıxmaq istəmir. Amma gec-tez çıxacaq və işğalçı hərəkətlərinə son qoyacaq, çünki az qala bütün dünya təcavüzkara qarşıdır. O zaman nədən başqa bir işğalçı dövlətin - Ermənistanın başı sığallanır? Ona görə ki, təcavüzə məruz qalan müsəlman ölkəsidir? Müsəlman ölkəsi işğala məruz qala bilər, xristian məmləkəti yox? Dağlıq Qarabağ işğal oluna bilər, Krım, Abxaziya, Dnestryanı bölgə yox? 

Yeri gəlmişkən, Amerika və Avropa Abxaziya ilə Cənubi Osetiyanı birmənalı Gürcüstan ərazisi hesab eləsə də, Dağlıq Qarabağın bir ovuc ermənisi üçün Azərbaycandan öz müqəddəratını təyinetmə haqqı (referendum hüququ) və üstəgəl, Ermənistanla “quru dəhliz” istəyir - erməni xalqı öz müqəddəratını çoxdan həll edib müstəqil dövlətini qurduğu halda... 

Bu da Qərbin ədaləti. Görəsən, ikinci erməni dövləti onun nəyinə lazımdır? Və ümumiyyətlə, Azərbaycan kimin ədalətinə sığınmaldır - yaxın imperialist qonşunun, yoxsa uzaq “demokratiya beşiyi”nin? Onların “Qarabağ ədalətləri” arasında ciddi fərq varmı və nədən ibarətdir?(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar