Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana 300 nümayəndə gəlir



3-cü Beynəlxalq Caspian Energy Forum-2015 bu il martın 11-də Bakıda keçiriləcək


Dünyanın 17 ölkəsindən 300-dən artıq nümayəndənin 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə qatılması Forumun yüksək statusunu və aktuallığını bir daha sübut edir. Forumun təşkilatçısı Caspian Energy International Media Group-dur.

3-cü Beynəlxalq Caspian Energy Forum - 2015-in açılış mərasiminə Azərbaycan Respublikası Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri İlham Əliyev dəvət olunub. Forumun proqramı və spikerlərin tam siyahısı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.

Caspian European Club-un baş icraçı direktoru Telman Əliyevin verdiyi məlumata görə, "Caspian Energy Forum-un təşkili dövlət qurumları ilə özəl şirkətlər arasında dünya bazarlarındakı, o cümlədən neft bazarındakı vəziyyətlə bağlı fikir mübadiləsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarına inteqrasiyasının bütün aspektlərinin müzakirəsi planlaşdırılır.

Enerji, nəqliyyat və infrastruktur layihələrində Azərbaycanın hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub dəhlizinin layihələri və Xəzərin ehtiyat potensialı forumun məruzəçilərinin, deleqat və iştirakçılarının diqqət mərkəzində olacaq.

İkinci hissədə isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forumu keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər qeyri-neft sektoru sahələrinə innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun qurulması məsələləri müzakirə ediləcək.

3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə rəsmi dəstəyi Azərbaycan Hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Caspian European Club göstərir.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkil olunması nəzərdə tutulub. Axşam qala-ziyafət çərçivəsində Caspian Energy Award - 2015 mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək.

Qızıl sponsorlar: Cross Caspian Oil and Gas Logistics LLC, "Azpetrol Ltd" MMC və PASHA Bank ASC. Gümüş sponsor: «Azərbaycan Dəmir Yolları» QSC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Azersun Holding. Bürünc sponsorlar: Ecoland, PASHA Insurance, Caspian Wireline Services, SOCAR-FUGRO, Atropatena. Tərəfdaşlar: Socar Polymer və Murphy Shipping and Commercial Services.(AzVision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar