Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda inanılmaz bank fırıldağı


Oğuz sakini 2014-cü ildə bankdan manatla kredit götürüb. Lakin 1 il sonra onu aldadaraq kreditini dollara çeviriblər. İndi də bankdan devalvasiya nəticəsində əmələ gələn əlavə məbləği borcludan tələb edir


PİA.AZ xezerxeber-ə istinadən bildirir ki, aldadaraq manatla olan kreditini dollara çeviriblər. Oğuzun Top kənd sakini Turab Lətifov 2014-cü ildə bankdan 1500 manat kredit götürüb. 2015-ci ilin iyun ayında pulu ödəyə bilməyib və gecikmə yaranıb. o iddia edir ki, Bankdan onu çağıraraq bildiriblər ki, ödəniş müddətini uzadaraq aylıq məbləği azalda bilərlər.

Turab Lətifov bununla razılaşıb və yeni müqavilə bağlamaq üçün banka gedib. Onun sözlərinə görə, bankda onu aldadaraq dollarla kredit götürmək barədə müqaviləyə imza atdırıblar.

Turab Lətifov krediti tam ödəyib. İndi isə bank ikinci devalvasiyadan sonra əmələ gələn əlavə məbləği ondan tələb edir. Bu da 507 manat edir.

Ekspertlər bildirirlər ki, bankın məcburi şəkildə müştəriyə müqavilə imzalatmaq hüququ yoxdur. Turab Lətifov aldadıldığını bildiyi andan etibarən 1 il ərzində məhkəməyə müraciət edərək müqaviləni ləğv etdirə bilərdi. Lakin artıq həmin müddət bitdiyindən məhkəmədə iddi qaldırsa da, heç bir xeyri olmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar